Accessibility links

“İran Azərbaycanında dil məsələsi və məişət çətinliyi qadınlar üçün şəraiti daha da ağırlaşdırır”


Sevil Süleymani

8 mart Dünya Qadınlar Günü münasibətilə Amerikanın Səsinə danışan qadın və gender məsələləri üzrə araşdırmaçı Sevil Süleymani İran Azərbaycanında qadınların üzləşdiyi başlıca problemləri şərh edib.

“İran Azərbaycanında dil məsələsi və məişət çətinliyi qadınlar üçün şəraiti daha da ağırlaşdırır”
please wait

No media source currently available

0:00 0:12:47 0:00

Sevil Süleymani deyir, “qadınların bir sıra problemləri var ki, universaldır, yəni dünyanın bir çox yerində qadınların çoxu bunlarla üzləşir. Amma, bunların şiddəti və ya növü coğrafiya olaraq İran Azərbaycanına görə fərqlənir. Məsələn Azərbaycanda qadınlara dil özü böyük məsələdir.”

Tez evlənirlər. Şiddət görəndə də ayrıla bilmir, çünki, öz məişətini təmin edəcək bir iş tapa bilmir. Bir tərəfdən də dil yetənəyi o qədər deyil ki, öz haqq-hüququnu öyrənsin və getsin İranın hüquq sistemində sözünü desin. Bu problemlər hamısı bir-birini çəkib gətirir.

Onun sözlərinə görə, İranda türk və digər qeyri-fars icmalara mənsub qadınlar digər qadınların üzləşdiyi problemləri daha şiddətli bir şəkildə yaşayırlar:

“Azərbaycanın əksəriyyəti türk olduğuna və İranın rəsmi dilinin farsca olduğuna görə, Azərbaycanda qadınların bir çoxu dil problemi ilə üzləşir. Bu bir zəncir kimi başqa problemləri də çəkib gətirir. Məsələn şiddət görəndə məhkəməyə gedə bilməmək, öz haqqını tanımamaq, qanun sistemində yol-yolağını tapa bilməmək, sonra dil məsələsi üzündən iş tapa bilməmək və məişət problemləri. Bunların yanında İrandakı şəriət qanunlarına görə olan sistemdəki məcburi hicab və uşaq evliliyinə icazə verilməsi kimi məsələlər.”

İran Azərbaycanında erkən yaşda nikahın çox olduğuna diqqət çəkən Süleymani əlavə edir, “uşaq evliliyi dünyanın bir çox yerində olan bir problemdir. Yəni, o yerdə ki, seçməli olurlar ki, qızı oxutsunlar ya oğlanı, oğlanı seçirlər. Çünki, qızı bir yük olaraq görürlər və onun tez evlənib, getməsini istəyirlər. Bu səbəblə qızlar az yaşda təhsildən kənar qalırlar. Təhsildən uzaqlaşdırılanda da, onların dil problemi olur. O qədər savad və təcrübə sahibi də deyillər ki, iş tapsınlar. Uşaq evliliyi çoxalır. Tez evlənirlər. Şiddət görəndə də ayrıla bilmirlər, çünki, öz məişətlərini təmin edəcək bir iş tapa bilmirlər. Bir tərəfdən də dil yetənəkləri o qədər deyil ki, öz haqq-hüquqlarını öyrənib, İranın hüquq sistemində sözünü desinlər. Bu problemlər hamısı bir-birini çəkib gətirir.”

İranın o vətəndaş cəmiyyətlərinin platformuna baxsan, içində türklərdən söz getməz. Problemlərdən söhbət edəndə də, türkün, bəluçun, ərəbin ya kürdün heç bir problemi bunların problemlər kateqoriyasına girmir.

Mədəni fəal həmçinin İran Azərbaycanında qadınlar arasında maarifləndirmə işləri aparan vətəndaş cəmiyyətlərinin olmadığını önə çəkir. “Azərbaycanda vətəndaş cəmiyyətləri azdır. Olanda da, türk dilində maarifləndirmə fəaliyyəti olmur ki, əhaliyə sadə dildə anlatsınlar,” deyə, o söyləyir.

Sevil Süleymani İranda qadın haqları üzrə fəaliyyət göstərən fəalların bir çoxunun qeyri-fars bölgələrdəki qadınların fərqli problemlərinə diqqət yetirmədiyini ifadə edir.

“İranın tamamında biz illərdir əsas bir məsələ ilə qarşı-qarşıyayıq. Belə ki, İranın bir çox aktivisti İran mərkəzli və fars mərkəzlidir. Bu isə ona gətirib çıxarır ki, onlar kənarda yaşayan qeyri-fars etnik qrupları görmürlər. İranın o vətəndaş cəmiyyətlərinin platformuna baxsan, içində türklərdən söz getməz. Yəni, məsələn maarifləndirmə məsələsində türklər onların hesabında yoxdur. Problemlərdən söhbət edəndə də, türkün, bəluçun, ərəbin ya kürdün heç bir problemi bunların problemlər kateqoriyasına girmir. Qeyri-fars fəalların etirazından sonra az dəyişmə var idi, amma tam dəyişiklik hesab edə bilmərik,” deyə, araşdırmaçı bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG