Accessibility links

Məktəb direktoru barədə ev dustaqlığı qətimkan tədbiri seçilib


Sevinc Abbasova
Sevinc Abbasova

Bu barədə Bakı şəhər Prokurorluğunun məlumatında deyilir

Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi faktı ilə bağlı həmin məktəbin direktoru işləmiş Sevinc Abbasova barəsində Səbail rayon Məhkəməsi ev dustaqlığı qətimkan tədbiri seçib.

Bu barədə Bakı şəhər Prokurorluğu məlumat yayıb.

Məlumata görə, aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasova xidməti vəzifələrini lazımı qaydada yerinə yetirmədiyi müəıyyən edilib.

"Sevinc Abbasovanın vaxtaşırı özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibəti ehtiyatsızlıqdan onun ölümünə səbəb olub. Habelə o, hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyib," məlumatda qeyd edilir.

Sevinc Abbasova 15 aprel 2019-cu ildə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, aprelin 6-da vəfat etdiyi bildirilir.

Hadisə ilə bağlı fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şagirdin intihara cəhdi geniş ictimai müzakirələrə yol açıb. Sosial şəbəkələrdə intihara cəhd nəticəsində həyatını itirmiş şagirdin hüquqlarının müdafiəsi, təhsil və səhiyyə sisteminin tənqidi geniş yer alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG