Accessibility links

Seks kölələri - III hissə [Video]


Seks kölələri - III hissə
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Seks kölələri - III hissə

Birləşmiş Ştatların Dövlət Departamenti dünya boyu 23 ölkədə insan qaçaqmalçılığının ən yüksək həddə çatdığını bildirib. Bu ölkələrə Belarus, Mərkəzi Afrika Respublikası, Çin, Eritriya, İran, Şimali Koreya, Rusiya, Sudan, Suriya, Özbəkistan və Venesuela daxildir. Cinsi qaçaqmalçılıq siyahısında Birləşmiş Ştatların da adı var. Xoşbəxtlikdən bu ölkədə bunun qarşısının alınması və qurbanların müalicəsi yolunda işlər aparılır.

Şimali Karolina ştatının Şarlott beynəlxalq aeroportunda cinsi istismar qurbanlarının necə tanınması yolunda təlimlər keçirilir. Təlimçilərdən biri də vaxtilə cinsi istismar qurbanı olan Donna Hobbarddır. “Mən yanlarındakı insanlara bənzəsələr belə, qorxan, özlərini narahat hiss edən uşaqları axtarıram.”

“Airline Ambassadors International" şirkəti dünyada hava yolları şirkətlərinin 6 mindən çox işçisinə təlim keçib. Lakin hansısa qurbanın xilas edilməsi uzun zaman lazımdır. Xilas edilən bəzi qurbanlar ayı 12 min dollar olan “Youth for Tomorrow" – “Sabahın gəncləri” proqramında iştirak etmək üçün Virciniya ştatına gəlir. Buraya insan alveri qurbanları və digər problemləri olan gənclər dərdlərini paylaşmaq üçün toplaşır.

Bu proqram sağlam münasibətləri, əsl məhəbbəti öyrədir. Keçən il bu proqram 37 cinsi istismar qurbanına yardım edib.

Bu ev Vaşinqton şəhərindədir. “Kortninin Evi” cinsi istismar olunan qızlar və oğlanlarla Facebook-da canlı bağlanır.

Bu, 11-lə 15 yaş arasındakı uşaqlar Instagram, Facebook və Snapchat vasitəsilə satılıb. Bu proqramın təməlini qoyan Tina Frondtın özü vaxtilə sex alveri qurbanı olub. O, bu proqramın problem haqda danışmaq üçün fürsət olduğunu deyir.

Cinsi qaçaqmalçılığın qarşısının alınması ilə mübarizə aparan “Epic Solutions” proqramından Bill Vulf onun ölkəsində də stiqmanın, bu haqda danışmamaq probleminin olduğunu deyir. “Biz bu haqda məktəblərdə danışmırıq, biz bu barədə şam yeməyi zamanı masa ətrafında da danışmırıq. Biz bu barədə ümumiyyətlə danışmırıq.”

“Beynəlxalq Əmək Təşkilatı”nın hesablamalarına görə, 2016-cı ildə dünya boyu 5 milyon insan cinsi qaçaqmalçılıq qurbanı olub.

Vulf bu barədə danışmağın bu problemin qarşısının alınmasında ilk addım olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG