Accessibility links

Nyu Yorklu mühacirlər səyahət qadağasından narazıdır [Video]


Nyu Yorklu mühacirlər səyahət qadağasından narazıdı
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Nyu Yorklu mühacirlər səyahət qadağasından narazıdı

Soyuq qış günündə Bruklin şəhərinin Atlantik prostektində kişilər namazdan qısa bir müddət sonra öz aralarında söhbət edirlər. Nyu York şəhərindəki müsəlman icması üçün kəskin dəyişiklərin baş verdiyi bu ildə normal hadisədir.

Prezident Tramp tərəfindən qoyulan və çoxsaylı məhkəmə düzəlişləri ilə dəfələrlə dəyişdirilən səyahət qadağasından bir il keçir. Qadağaya məruz qalan ölkədən olanlar bu qərardan narazıdırlar.

“Mən düşünürəm ki, insanlar Amerikaya burdakı hökümət, demokratiya üçün gəlir. Tramp üçün yox”

“Təsəvvür edin ki, sizin ananız, atanız, qardaşınız, bacınız təhlükəli bir yerdədir amma siz onları görə bilmirsiniz. Bu çox çətindir.” - deyə, Yəmənli mühacirlər bildirib.

Üç il boyunca vətəndaş müharibəsinin davam etdiyi Yəməndə təhlükəsizlik məqsədi ilə vətəndaşlarının ABŞ-a daxil olmasına qadağa qoyulan altı ölkədən biridir.

Yəmənin də daxil olduğu ilk səyahət qadağası yanvar ayında tətbiq olunarkən minlərlə insan hava limanlarına toplanaraq, qərara etiraz etmişdilər.

Ancaq mərkəzi Afrika ölkəsi olan Çad bu siyahıya bir müddət bundan əvvəl əlavə edilib.

“Çad Saheldə terroristlərə qarşı mübarizə aparan G5 qrupunun aktiv üzvüdür. Biz ölkəmizdə terrorizmin qurbanlarıyıq.” - deyə, Çadlı mühacir Hassani bildirib.

ABŞ-da daimi yaşamaq icazəsi olan və 5 uşaq atası Hassani artıq 19 ildir ki, Nyu York şəhərində yaşayır. Onun sözlərinə görə, sentyabr ayında ölkəsinin adı siyahıya əlavə ediləndə bəri o ailəsini ziyarət etmək və ya biznes görmək üçün Çada getməkdən qorxur.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG