Accessibility links

Jurnalist Seymur Həzi həbsxanadan İlham Əliyevə məktub yazdı


Seymur Həzi
Seymur Həzi

“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Seymur Həzi həbsxanadan prezident İlham Əliyevə müraciət göndərib.

Müraciətin əvvəlində OCCRP-nin bu günlər yayılan «Azərbaycanın pulyuyan maşını» araşdırmasına toxunulur. Həmin araşdırmada vurğulanır ki, 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar pul çıxarılıb. Həmin pulların Avropada rüşvət kimi verildiyi, mənimsənildiyi iddia olunur.

Seymur Həzi isə prezidentə yazır:

“Ən dəhşətlisi odur ki, ictimai rəy bu məsələdə həmin o qərbliləri sizdən daha çox qınayır...”

Xalq sizin zülmünüzü yadelli işğalçıların zülmü kimi qəbul edir.

Məhbus həyatı yaşayan jurnalist daha sonra televiziya kanallarının təbliğatına toxunur:

“Rəsmi və qeyri-rəsmi televiziya kanallarınıza baxmaq bəs edir ki, dünyanın dörd tərəfini ölkə ilə düşmən etdiyiniz bəlli olsun. O qədər “müdrik” siyasət yürüdürsünüz ki, bütün dünya, sizin təbirinizcə desək, “ermənipərəst”dir. Hərbi və siyasi manevrlərinizin yanlışlığından Rusiya Ermənistanla iki hərbi-strateji müqavilə bağlayıb – 50 illik ittifaq və birgə qoşun komanda mərkəzi barədə...20 Yanvarda, Qarabağ döyüşlərində sinəsini imperiyanın qabağına verən insanlar indi ədalət üçün imperiyanı arzulayır”.

Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda onlarla jurnalist və vətəndaş cəmiyyəti fəalları qeyri-siyasi ittihamlarla həbs olunub.
Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda onlarla jurnalist və vətəndaş cəmiyyəti fəalları qeyri-siyasi ittihamlarla həbs olunub.

Seymur Həzi məktubunda sosial vəziyyətə də toxunur:

“10 milyonluq ölkədə milyonyarımdan çox insanın banklarınıza kredit borcu var. Heç orta əsrlərdə xalqın feodallara borcu indi sizə və oliqarxlara olan borcu qədər olmayıb. Unutmayın, sizin də onlara borcunuz var...”
Xatırlatma

“20 Yanvarda”, “Qarabag” döyüşlərində sinəsini imperiyanın “rus gülləsi” nin qabağına verən insanlar indi ədalət üçün qaniçən imperiyanı arzulayır.

Azərbaycan rəsmiləri OCCRP-nin «Azərbaycanın pulyuyan maşını» araşdırmasını qərəzli və əsasız hesab edirlər. Rəsmilər bəyan ediblər ki, orada əks olunan məsələlərin nə dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyatı var.

Azərbaycan hakimiyyətini təmsil edən şəxslər hesab edirlər ki, bu araşdırma erməni lobbisinin və Azərbaycanı sevməyən, onun uğurlarını qısqanan qüvvələrin sifarişi ilə hazırlanıb.

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

Qəsb etdiyiniz hər şeyin əvəzini bu xalqa borclusunuz və mutləq verəcəksiniz.

“Amnesty International” təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

Seymur Həzi həbsxanada olarkən başqa bir keçmiş məhbus, gənc fəal Nigar Yaqublu ilə rəsmi ailə qurub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG