Accessibility links

Seymur Həzi: “Azad söz”ün sonuncu qığılcımları böyük işığa çevriləcək


Seymur Həzi
Seymur Həzi

Həbsdə olan jurnalist, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi həbsxanadan həmkarlarını Milli Mətbuat Günü münasibəti ilə təbrik edib.

O yazır : “Azad söz” təkcə fiziki və mənəvi təzyiqlərlə nəticələnməyən söz deyil. O, həm də hər cür fanatizmdən arınmış şüura, dünyəviliyə, elmiliyə və insanın ilkin təbii hüquqlarına arxayın olan düşüncənin məhsuludur. Azərbaycanda mətbuatın 141 yaşı tamam olmaqla bizə yeni vəzifələrimizi və daimi hədəflərimizi yenidən xatırladır. Hər bir insanın ən böyük dəyər ölçüsü onun sahib olduğu düşüncə, hər bir cəmiyyətin əsas keyfiyyət meyarı isə fərdinin bu düşüncəni necə ifadə etmək imkanıdır.

Həsən bəy Zərdabidən Elmar Hüseynova qədər bir yol keçmiş mediamız öz azadlıq dustaqları ilə bu gün dünyada tez-tez anılmaqdadır. Ancaq heç cür yenilmək yolunu tutmur və tutmayacaq. “Azad söz"ün sonuncu qığılcımları böyük işıq mənbəyinə çevriləcək. Şübhəsiz ki, bunun üçün ən başlıca vəzifə keçmişdən bol iqtibas gətirmək deyil, gələcəyə mesajlar verməkdir. Biz zülmətdə ola bilərik, amma daima işığa can atmalı, ona hədəflənməliyik. “Azad söz” təkcə azad qəzet, televiziya, internet deyil. Azad söz, azad iqtisadiyyat, rifah və ...qorxudan arınmış şüura istinad edən insan deməkdir. Hər bir həmkarımı təbrik edir, uğur diləyirəm”.

Seymur Həzi 2014-cü ilin 30 avqustunda həbs edilib. O xuliqanlıqda ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib. Jurnalist ittihamı rədd edib və həbsini jurnalist fəaliyyəti ilə bağlayır.

Jurnalist "Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri olmaqla yanaşı, hakimiyyəti sərt tənqid edən “Azərbaycan saatı” televiziya verilişinin redaktoru və aparıcısı olub.

Amnesty İnternational təşkilatı Seymur Həzini “vicdan məhbusu” elan edib.

22 iyul Azərbaycanda Milli Mətbuat Günü”dür. Həsən bəy Zərdabi 1875-ci ilin bu günü “Əkinçi” qəzeti ilə Azərbaycan mətbuatının əsasın qoyub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG