Accessibility links

Seymur Həzinin apellyasiya şikayətinə baxılıb


Seymur Həzi
Seymur Həzi

İyulun 28-də Sumqayıt Apellyasiya Məhkəməsində "Azadlıq" qəzetinin şərhçisi, “Azərbaycan saatı” televiziya proqramının aparıcısıi Seymur Həzinin apellyasiya şikayətinin baxışına başlanıb. Həzi birinci insansiya məhkəməsinin hökmündən şikayət verib.

Seymur Həzi 2015-ci il yanvarən 29-da Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il, Məhərrəm Həsənov isə 6 ay azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, jurnalist 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla aralarında yaranmış mübahisə zəminində həbs edilib. Abşeron rayon Polis Şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Adil İsmayılov Amerikanın Səsinə bildirib ki, məhkəmə qarşısında jurnalistin dəmir qəfəsdən çıxarılaraq vəkilillərinin yanında oturdulması və prosesin qisməın məhkəmə istintaqı ilə aparılması barədə vəsatət qaldırıb.

Məhkəmə Seymur Həzinin dəmir qəfəsdən çıxarılıması barədə vəsatəti təmin edib. Prosesin qismən məhkəmə istintaqı ilə aparılması barədə vəsatətin isə bir hissəsini təmin edilib. Belə ki, hakim digər məhkum edilmiş şəxs Məhərrəm Həsənovun da prosesə dəvət edilməsi barədə qərar qəbul edib və vəsatətin digər hissəsinə prosesin gedişində baxılacağını bildirib.

Seymur Həzi həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib. O “Azərbaycan saatı” televiziya proqramənda fəaliyyətini qeyd edib.

Həzi hesab edir ki, ona və “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin qohumlarına qarşı təqiblər bu proqramdakı tənqidi fikirlərlə bağlıdır.

“İlham Əliyev tənqidi fikrə dözə bilmir, onu tənqid edənlərə qarşı amansız mübarizə aparır. Əvvəlcə məni, sonra Qənimət Zahidin qohumlarını həbs etdilər. Hətta Qənimət bəyin 87 yaşlı anasına hücum ediblər. Bütün bunlar mənəvi sərhədləri aşan mübarizə formasıdır. Məhkəmədən də hər hansı ədalət gözləmirəm”, o qeyd edib.

Məhkəmə prosesi sentyabrın 22-dək təxirə salınıb.

XS
SM
MD
LG