Accessibility links

Fillipində vulkan təhlükəsi səviyyəsi qaldırılıb


Filippin rəsmiləri sakinləri ölkənin ən aktiv və təhlkəli vulkanının püskərməsi ehtimalının olduğu barədə xəbərdarlıq edir.

Dövlət vulkanoloqları Maton Dağının təhlükə səviyyəsini dördə qaldırıb. Bu isə o deməkdir ki, vulkar yaxın saat və ya günlərdə püskürə bilər.

Təhlükəli püskürmə ehtimalı mövcuddur. Onun başlanğıcını biz indidən müşahidə edə bilərik.

Vulkandan artıq havaya kül, lava, ərinmiş qaya və buxar buraxıb və ətəyindəki kəndləri qaraldıb.

"Təhlükəli püskürmə ehtimalı mövcuddur. Onun başlanğıcını biz indidən müşahidə edə bilərik," Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun direktoru Renato Solidum bildirib.

Dağın ətrafındakı təhlükə zonası kraterdən 8 kilometrlik ərazini əhatə edir.

Minlərlə kəndli vulkan oyanandan bəri evlərindən qaçıb.

Filippin Sakit Okeanda “Alov Halqası”nda yerləşir. Orada tektonik plitələr bir-biriilə toqquşaraq ərazidə tez-tez vulkanik və seysmik fəaliyyətə səbəb olur.

XS
SM
MD
LG