Accessibility links

Şarlotsvildə zorakılıqlar zamanı həyatını itirmiş Hither Hayerin anım mərasimi keçirilib [Video]


Şarlotsvilldə zorakılıqlar zamanı həyatını itirmiş Hether Hayerin anım mərasimi keçirilib
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Virciniya ştatının Şarlotsvill şəhərində çərşənbə axşamı kədərli bir gün idi. Ağ suprimasislərə qarşı yürüş zamanı bir qadının öldürüldüyü, 19 nəfərin yaralandığı Şarlotsvill şəhərində anim mərasimi keçirilib. Üç nəfərin ölümü ilə nəticələnmiş zorakılıqlardan sonra çoxları Amerikanın bu günü və bəlkə də daha önəmli ölkənin keçmişi ilə bağlı ictimai müzakirələrin xarakteri üzərində daha çox düşünür.

Keçən həftənin şənbə günü etiraz aksiyası zamanı avtomobillə vurulub öldürülən 32 yaşlı Hiter Hayerin xatirəsini anan insanlar buraya çiçək dəstələri və plakatlar gətirir. Bu plakatlardan biri Birləşmiş Ştatlarda Vətəndaş Müharibəsi dövrünün generalı Robet Linin heykəli üzərində yerləşdirilib. General Li 1800-cü illərin ortalarında cənub ştatlarının şəxsi qullara sahib olmaq hüquqlarını müdafiə etməyə qalxması ilə alovlanmış münaqişədə Konfederasiya ordusuna başçılıq edib.

Şarlotsvilə toplaşan ağ suprimasislər heykəlin götürülməsinə qarşı çıxır. Bəzi amerikalıların heykəlin yerində qalmalı olduğunu düşünməsinə baxmayaraq, başqaları belə heykəllərin ölkənin tarixinin ən qaranlıq hissələrinin əbədiləşdirilməsi kimi baxır. “Biz bu heykəlləri götürməli, bayraqları endirməliyik.Təcrid və müxalifətə səbəb olan hər bir şey aradan qaldırılmalıdır. Bizə bizi bir araya gətirən və insanlar arasında birliyi göstərən şeylər lazımdır” deyə, Şarlotsvill sakini bildirir.

Digəri isə “bu, faciədir, bu heç vaxt baş verməməli, heç kim ölməməlidir" deyir.

Bu şəxs Şarlotsvilə Türkiyədən 10 il əvvəl gəlib və şəhərdəki Türk restoranının sahibidir. O, dözümsüzlüyə qarşı olduğunu deyir. “Başqa bir ölkədən gələn bir şəxs kimi hazırda mən özümü təhlükəsiz hiss etmirəm. Lakin mən buna inanmaq istəməzdim. Mən bu şəhərdə yaşayan insanların gözəl insanlar olduğuna inanıram və onlar kimlərinsə bunu dəyişməsinə imkan verməzlər.”

Bəzi qruplar isə general Linin Şarlotsvildəki heykəlinin zorakılıqlar zamanı həyatını itirmiş Hiter Heyerin heykəli ilə əvəz olunması ilə bağlı Onlayn-da petisiya keçirir.

XS
SM
MD
LG