Accessibility links

Şavkat Mirziyoyev Nyu Yorkda teraktla bağlı ABŞ-a başsağlığı bildirib


Özbəkistan prezidenti Şavkat Mirziyoyev
Özbəkistan prezidenti Şavkat Mirziyoyev

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nyu York şəhərində törədilmiş hücumu qəddar və amansız hücum adlandırıb və onun hökumətinin təhqiqata yardım məqsədilə bütün vasitələrlə yardım etməyə hazır olduğunu bildirib.

“Biz Amerika Birləşmiş Ştatlarının xalq ilə tam həmrəy olduğumuzu bildiririk”, Mirziyoyev Özbəkistanın Xarici İşlər Nazirliyinin veb səhifəsində yerləşdirilmiş bəyanatda bildirib.

Nyu Yorkda yük maşınını velosiped cığırında insanların üstünə sürərək qətlə yetirməkdə 29 yaşlı özbək mühacir Sayfullo Saipov şübhəli bilinir. O, ABŞ-a 2010-cu ildə ABŞ-a mühacirət edib. Hücum nəticəsində azı səkkiz adam həyatını itirib, 11 adam yaralanıb. Polis hadisənin motivlərini araşdırır.

Sayfullo Saipov
Sayfullo Saipov

Nyu York və Nyu Cersinin Türküstan Amerikalıları Assosiasiyasının özbək icmasının adından açıqladığı bəyanatında isə deyilir: “Nyu York şəhərində günahsız vətəndaşlara qarşı terror hücumunu kəskin qınayırıq. Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı bildiririk.”

Vaşinqtondakı Cato institutunun Amerikanın Səsinə verdiyi məlumata əsasən, son 20 ildə Birləşmiş Ştatlara Özbəkistandan 40 min insan mühacirət edib. Bu insanların yalnız iki faizi qaçqın kimi ABŞ-a daxil olub.

XS
SM
MD
LG