Accessibility links

Gürcüstan şaxtaçıları 12 gündür tətil edir


Gürcüstanın Çiatura şəhərində bir neçə məktəbin orta və yuxarı sinif şagirdləri tətil keçən mədənçilərə qoşulub. "Gürcüstan manqanı" adlı mədən şirkəti ölkənin ən böyük manqan filizi şirkətidir. Məktəblilərin valideynləri və müəllimləri də şaxtaçılara dəstək nümayiş etdirib.

"Biz bütün mədən işçilərinə dəstək veririk. Onların tələbləri ədalətlidir. İnsan belə bir ağır sənayedə çalışdıqda, ona uyğun maaş ödənilməlidr" - deyə, 1 saylı orta məktəb direktoru Qoça Şubitidze bildirib.

Mədənçilər iş şəraitlərinin yaxşılalşdırılması ilə bərabər maaşlarının 55 faiz qaldırılmasını tələb edir. Onlar işdən kənarlaşdırılmış şaxtaçıların yenidən işə qaytarılması və manqan filizinin şəhər yolları ilə daşınmasının dayandırılması tələblərini də irəli sürüb.

"Mənim iş rejimim 8 saatlıqdır. Lakin 12 saat çalışanlar da var. Məvacibimiz isə heç mülicəmizə belə çatmır. Baxmayaraq ki, biz maşınların qaz tullantıları, rütubət və suyun içində ağır şəraitdə işləyirik", şaxtaçı Georgi Butsadze deyib.

Tətilə 3 minə yaxın şaxtaçı qatılıb. Bəziləri şəhərdə düşərgə salıb, ağızlarını tikərək aclıq elan edib. Gürcüstanın təbii qazıntılar idxalında birinci yeri tuttan şaxtalar artıq 12 gündür fəaliyyətini dayandırıb.

"Mən 350 dollarlıq maaşımla nə edə bilərəm? Məktəbi bitirməkdə olan 3 uşağım var. Bu pul heç nəyə çatmır. İki həftə işləyib, iki həftə istirahət edirəm"- deyə, Fridon Şerqelaşvili adlı mədənçi şikayət edir.

"Gürcüstan manqanı"nın rəhbərliyi maaşların 25 faiz artırılmasını tələb edir. Lakin birdəfəlik deyil, il ərzində. Mədən işçiləri isə bu təklifi qəbul etmir.

Güstan parlamentinin qanunvericiləri artıq şirkət rəhbərliyini xüsusi toplantıya çağırıb.

XS
SM
MD
LG