Accessibility links

Ukraynanın Donbas regionunda minaatanlardan atəşlər intensivləşib


Şənbə günü erkən saatlarda Ukraynanın şərqindəki Donbas regionunda atışma və minaatanlardan atılan atəşlərin sayı artıb. Ağır bombardman genişmiqyaslı hərbi müdaxilənin yaxında başlayacağına dair narahatlıqları artırıb.

Qondarma Donetsk respublikasının başçısı şənbə günü kişiləri yerli yarı-hərbi qüvvələrə qoşulmaq üçün “hərbi komissarlığa” getməyə çağıran səfərbərlik əmri verib. 18 ilə 55 yaş arasında olan kişilərin Ukraynanın şərqində Rusiya tərəfdarı qondarma respublikanı tərk etmələri də qadağan olunub.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı şənbə günü Donbas regionunda 2015-ci ildə əldə olunan atəşkəsən bəri ən çox pozuntunun qeydə alındığını bildirib.

Qondarma Luqansk respublikasının da daxil olduğu Donbasın bəzi hissələri son səkkiz ildir Rusiyanın de-fakto işğalı altındadır.

ATƏT son iki gündə Luqanskda Donetskdən daha çox pozuntunun qeydə alındığını bildirib, lakin buna baxmayaraq müşahidəçilər Donetsk və ətrafındakı atışmanın son illərdə baş verən ən ağır atışma olduğunu bildirib.

Cümə günü Ukrayna tərəfindən Kremlin kuklası olaraq görülən Moskva tərəfdarı separatçı liderlər yaydıqları videoda vətəndaşların kütləvi şəkildə təxliyyəsinə göstəriş verərək, Ukrayna ordusunun hücum planlaşdırdığını bildiriblər – Kyiv isə bu ittiahamı qəti şəkildə rədd edir.

Ukrayna rəsmiləri, Qərb liderləri və müstəqil müşahidəçilər deyir ki, videoların ekspertlər tərəfindən təhlil edilən metaməlumatlarına əsasən, onlar iki gün əvvəl çəkilib. Bu isə Donbasda evakuasiyaların, atışmanın və digər hadisələr, o cümlədən izaholunmaz avtomobil partlayışının Kreml tərəfindən təşkil olunduğuu göstərir.

Onlar Moskvanı Ukraynaya hərbi müdaxilə etmək üçün bəhanə yaratmaqda ittiham edirlər. Kreml rəsmiləri bunu inkar edir. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və başqa Rusiya diplomatları Qərb liderlərini “isteriya” və “təşviş”də ittiham edir. Şənbə günü Rusiya rəsmiləri Ukraynanın atdığını iddia etdikləri mərminin Rusiya ərazisində Rostov regionunun cənubunda Mityakinskaya kəndində bir evin yaxınlığında partladığını iddia edib.

Qərbin kəşfiyyat rəsmiləri deyir ki, evakuasiya və səfərbərlik əmrləri və artilleriya və minaatanlardan atəşlərin artması ABŞ Dövlət Katibi Antoni Blinkenin bu həftə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında etdiyi xəbərdarlıqlarla uyğun gəlir. O həmin zaman Moskvanı Kremlin təşkil etdiyi və öz qüvvələri və ya vasitəçiləri tərəfindən həyata keçirilən, ancaq Kyivi günahlandıracağı “saxta bayraq” əməliyyatları hazırlamaqda ittiham etmişdi.

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı ittihamlar irəli sürərək, onları Ukraynada etnik ruslara qarşı soyqırım törətməkdə günahlandırıb.

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və həmin il Donbasda silahlı vasitəçiləri dəstəkləməsi Kreml tərəfindən onunla izah olunmuşdu ki, onlar etnik rusları müdafiə etməli idilər. Kreml 2008-ci ildə Gürcüstana hərbi müdaxilə etdiyi zaman da eyni bəhanəni irəli sürmüşdü.

Bir zamanlar Moskvada qərarhahlanan bitaniyalı-amerikalı maliyyəçi və Kremlin tənqidçisi Bill Brouder cümə günü bildirib ki, Kremlin sözçüsü Dmitri Peskov bu həftə Twitter-də Gürcüstana hərbi müdaxilə ərəfəsində yazdığı eyni sözləri yazıb və Kremlin düşmənlərini “son gündə intensivləşən təxribatçı əməllərə” görə günahlandırıb.

Lakin müstəqil analitiklər və hərbi strateqlər Donbasdakı hadisələrin Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin başlanğıcı olub-olmadığına dair fikir ayrılığı yaşayırlar. ABŞ Prezidenti Co Bayden isə cümə günü Putinin Ukraynaya növbəti günlərdə hərbi müdaxilə etmək qərarına gəldiyinə və Rusiya qüvvələrinin payxtay Kyivə hücum edəcəklərinə əmin olduğunu söyləyib.

“Hazırda mən əminəm ki, o qərar verib. Bizim buna inanmaq üçün səbəbimiz var,” Bayden Vaşinqtonda müxbirlərə deyib. Bu ilk dəfə idi ki, Birləşmiş Ştatlar Putinin qəti şəkildə hərbi müdaxilə etməyə qərar verdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG