Accessibility links

"Kasa Rubi" - Homoseksuallar üçün sığınacaq [Video]


Homoseksuallar üçün sığınacaq
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Vaşinqton şəhərində açılan “Kasa Rubi” adlı yeni sığınacaq evsiz-eşiksiz homoseksuallar, bi-seksuallar və trans-genderlər üçün nəzərdə tutulub.

24 yaşlı Jizel Hetsoq trans-genderdir. O, qadınlar üçün olan sığınacaqdan qovulduqdan sonra “Kasa Rubi”nin ilk sakini oldu. “Kişilikdən dönüb qadın olduğumu biləndə mənə qarşı dikriminasiya başladı və mənə orada yaşamağa icazə verilmədi.”

Jizel Missisipidəki evindən 4 il əvvəl qaçıb. Çünki onun anası onun qadına çevrilməsinə qarşı olub. “Mən cinsiyyətimi dəyişmək istəyirdim və anam mənim bu qərarıma qarşı idi.”

2011-ci ildə Vaşinqtona köçən Jizel bir müddət vağzalda yatıb və pul qazanmaq üçün fahişəliyə üz tutub. Bir il bundan əvvəl həbs ediləndən sonra ona “Kasa Rubi”yə getmək məsləhət görülüb.

Rubi Korado sığınacağın təməlini qoyub. “Burada insanlar özlərini rahat hiss edə bilir və təhlükəsizdirlər. Ən vacibi isə burada onlar sevə və sevilə bilər.”

Gənc sakinlər bu sığınacaqda 18 aydan çox yaşaya bilər və qaldıqları müddət ərzində onlara yol göstərilir.

Hüquq müdafiəçilərinin fikrincə evsiz-eşiksiz gənclərin 20-dən 40 faizə qədərini homoseksuallar təşkil edir. Bu isə 13-14 yaşlar da daxil edilməklə, 400 minə qədər gənc deməkdir. Cinsi mənsubiyyətlərinə görə bu insanlar cox zaman sığınacaqlara buraxılmır. Mənzillə Təminat və Ətraf Mühitin İnkişafı Nazirliyi cinsi məhsubiyyətlərindən asılı olmayaraq, hər kəsin sığınacaqla təmin edilməsi ilə bağlı yeni qərarını açıqlayıb.

“Mən indi təhlükəsiz yerdəyəm, qarnım toxdur və girməyə damım var. Mənə bundan artıq heç nə lazım deyil.” deyə, Jizel bildirir.

“Kasa Rubi”də 18 çarpayı var. Orada eləcə də, ehtiyacı olanlar üçün iyanə edilmiş çox sayda paltar və ayaqqabı var. Burada sakinlərə yardım yalnız bunlarla kifayətlənmir. Burada sağlamlıq sığortası ilə təmin edilməsinə və narkotik maddələrə aludə olanlara yardım edilir.i

Yoxsullq və Evsizlik Üzrə Milli Hüquq Mərkəzindən Mariya Foskarinis: “Çox ştatda gənclər yaşlarına görə bu xidmətlərə çıxış əldə edə bilmir. Ona görə də bu baryerləri aradan qaldırmaq mühümdür.”

Milli statistikaya görə, ailələri tərəfindən qəbul edilməyən homoseksuallar arasında intihara cəhlər səkkiz dəfə çoxdur. Bu səbəbdən “Kasa Rubi” onlar üçün təkcə yeni ev deyil, həm də yeni həyata başlanğıc deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG