Accessibility links

Ekspertlər səhm bazarının dəyişkən olacağını deyir [Video]


Ekspertlər səhm bazarının dəyişkən olacağını deyir
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Ötən həftə Wall Street üçün çox problemli keçib. Bu çətin həftədə Dow Jones indeksi cümə axşamı 1000 bal azalandan sonra, cümə günü 300 bal yüksələrək başa vurub. Lakin tarixdə ən kəskin azalma bazar ertəsi baş verib. Belə ki, mavi çip indeksi 1100 bal azalıb. Səhm bazarındakı bu dəyişkənlik hətta ən təcrübəli sərmayədarları belə qorxudub. Bəs görəsən bu, doqquz ildir artan bazarın sonunamı işarədir? Narahat olmağa dəyərmi? Amerikanın Səsinə danışan iqtisadi təhlilçilər bu sualları cavablandırıb.

Bu paradoksaldır, çünki müsbət iqtisadi xəbərlər bazarlarda çaxnaşma yaradır. Buna səbəb isə odur ki, sərmayədarlar Federal Ehtiyat Sisteminin stimul paketini azaldacağını dərk edir.
Məsud Qaussi

2009-cu ildən bəri dəyəri dörd qat artan səhm bazarları ilə bağlı pis xəbər ötən həftə Əmək Nazirliyi aylıq işsizlik hesabatını açıqlayandan sonra başladı. Belə ki, yanvar ayında işəgötürülmə göstəriciləri yüksək qalmağa davam edib, eyni zamanda isə məvaciblər son on ildə ən sürətli şəkildə artıb.

“Bu paradoksaldır, çünki müsbət iqtisadi xəbərlər bazarlarda çaxnaşma yaradır. Buna səbəb isə odur ki, sərmayədarlar Federal Ehtiyat Sisteminin stimul paketini azaldacağını dərk edir,” deyə NASDAQ Məsləhət Xidmətlərindən Məsud Qaussi bildirir.

Bu stimul paketinə isə rekord dərəcədə aşağı faiz dərəcələri və dörd trilyon dollar dəyərində istiqrazların alınması daxildir ki, bu, tənəzzüldən sonra bərpa olunmağa çalışan iqtisadiyyata böyük yardım edib. Lakin qlobal iqtisadiyyat artıq bərpa olunduğu və ABŞ-da inflasiya artmağa başladığı üçün, Wall Street-də asan pul qazanmaq dövrü başa çatır.

“Bu səhm bazarını sarsıdır və beləcə biz səhm bazarında parçalanmaya şahid oluruq,” Qaussi söyləyir.

Əslində bu, parçalanmadan cox, ABŞ-ın əsas birja indekslərinin “düzəliş” fazasına daxil olmasıdır. Bu isə onların sonuncu ən yüksək göstəricilərinin azı 10 faiz azalması deməkdir. Bankrate.com bunu bazarların həddindən artıq qızmasının qarşısını alan təhlükəsizlik klapanı olaraq təsvir edir.

“Məncə fərdi sərmayədarlar bazarın normal qaydada hərəkət etdiyini dərk etməlidir,” deyə Mark Hamrik bildirir.

Bankrate.com-dan Mark Hamrik deyir ki, buna bazarın dəyişkən vəziyyətə qayıtması və artmaqda olan bazarın normal şəkildə dövr etməsi daxildir.

“Treyderlər dəyişkənliyi müsbət qarşılayır, çünki bu, onlar üçün pul qazanmaq yollarından biridir. Fikrimcə, ən çox fərdi investorların üzləşdiyi mənzərə naharatlıq doğurur,” o deyir.

Qısa müddətli itkilərə baxmayaraq, Milli Biznes İqtisadiyyat Assosiasiyasının apardığı sorğu nəticələri göstərir ki, isthelakçılar və bizneslərin ovqatı yüksəkdir.

“Onlar nikbindir. Sorğu iştirakçıları şirkətlərində dördüncü rübdə satışların üçüncü rüblə müqayisədə artdığını deyib. Daha az sayda şirkətin satışları azalıb və onların 2018 ilə bağlı gözləntiləri kifayət qədər müsbətdir,” deyə NABE-dən Ken Simonson bildirir.

Səhm birjası 2018-ci ildə bütün gəlirləri itirsə də, ekspertlər deyir ki, ABŞ-ın iqtisadi əsasları möhkəm olaraq qalır. Onların məsləhəti isə odur ki, narahat olmağa ehtiyac yoxdur, doqquz ildir artmaqda davam edən səhm birjasının hələ ki, sonu gəlməyib.

XS
SM
MD
LG