Accessibility links

Şərifə Cəfəri: Millət öz dilində yazmaq, oxumaq istəyir


Şərifə Cəfəri ilə müsahibə
please wait

No media source currently available

0:00 0:11:37 0:00

Almaniyada yaşayan güneyli milli fəal, yazar və naşir Şərifə Cəfəri Dünya Ana Dili Günü, İran Azərbaycanında ana dilində təhsil hüququnun təmin olunması üçün göstərilən səylər və azərbaycanlı naşirlərin qarşılaşdığı problemlərdən danışıb

Fevralın 21-i Dünya Ana Dili Günü münasibətilə İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə bu il hökümətə Azərbaycan dilinin rəsmiləşdirilməsi ilə bağlı çağırışlar edilib. Minlərlə universitet tələbəsi bu məqsədlə müxtəlif tədbirlər keçirib. UNESCO-nun təşəbbüsü ilə 1999-cu il fevralın 21-i beynəlxalq Ana Dili Günü elan edilib. Dünya ölkələrındə mınlərlə azərbaycanlı hər il bu kampanıyaya qoşulur. Almaniyada yaşayan güneyli milli fəal, yazar və naşir Şərifə Cəfəri Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Dünya Ana Dili Günü, İran Azərbaycanında ana dilində təhsilə nail olunması səyləri və azərbaycanlı yazarların problemlərindən danışıb.

Şərifə Cəfəri İranda Azərbaycan türklərinin ana dilində təhsil hüququnun təmin olunması üçün illərdir mübarizə apardığını bildirib.

“Bu, ibtidai, birinci haqlarındandır ki, insan ana dilində oxusun, danışsın. Biz bu məsələdə çox əziyyətlər çəkmişik. Altı yaşımıza qədər öz ana dilimizdə danışmışıq evdə, öz ana dilimizdə duyğularımızı paylaşmışıq, amma nə yazıq ki, məktəbə gedən gündən stress çəkmişik, əziyyət çəkmişik, təhqir olunmuşuq və başqa bir dildə düşünüb, danışmağa məcbur olmuşuq.”

Şərifə Cəfəri qeyd edib ki, bu il tələblərin daha çox səsləndirilməsi İran prezidenti Həsən Ruhaninin seçki kampaniyası dövrü azərbaycanlılara ana dilində təhsilin təmin olunacağına dair vədlərinin yerinə yetirilməməsi və azərbaycanlıların hüquqlarının illərlə təmin olunmaması ilə əlaqədardır.​

Altı yaşımıza qədər öz ana dilimizdə danışmışıq evdə, öz ana dilimizdə duyğularımızı paylaşmışıq, amma nə yazıq ki, məktəbə gedən gündən stress, əziyyət çəkmişik, təhqir olunmuşuq və başqa bir dildə düşünüb, danışmağa məcbur olmuşuq.

“Bu, təbiidir ki, millət öz dilində yazmaq, oxumaq istəyir. O da ki İranda çoxluq, 35 milyon insan. Türkmənləri və başqa soydaşlarımızı da nəzərə alsaq, biz çoxluğuq İranda. Nə qədər ki, dilimiz yasaqdır və dil məsələsində əziyyət çəkirik, get-getə uşaqlarımızı əldən veririk, assimilyasiya bizi varlığımızdan uzaqlaşdırır. Onun üçün bu il millət nə qədər əziyyət olacağını da nəzərə alaraq, yəni tutula biləcək, təhqir ola biləcək, iş yerlərindən atıla biləcək, amma bunların hamısını artıq nəzərə alaraq, yorulub, boğaza yığılıb `mən ana dilimini istəyirəm`deyir.”

İran Azərbaycanın Zəncan şəhərində nəşriyyar müdiri olmuş Şərifə Cəfəri azərbaycanlı yazarlar və naşirlərin qarşılaşdığı basqılardan danışıb.

“Birinci elə ana dilimizə görə basqılar olub. Ana dilimizə görə nəşriyyatı bağlayıblar, əlimizdən alıblar və özümüzə də ittiham veriblər, nəhayət sürgünə məruz qalmışıq. Farsca nəşr etdiyimiz kitablarla heç bir problemimiz olmurdu. İcazəsi alınırdı.”

Şərifə Cəfəri güneyli naşirlərin hamısının demək olar bu kimi problemlərlə qarşılaşdığını deyib.

“Bütün naşirlər o çətinlikləri yaşayırlar. Özəlliklə, qəzetlər, kitabların nəşri ilə bağlı naşirlər əziyyət çəkir. İmkanlar azdır. Bu məsələdə səsimiz az çıxıb. Bu məsələdə naşirlərin nə qədər əziyyət çəkdiyini mən bilirəm. Əsas mənim yayım evimin bağlanması ana dili ilə bağlı olub.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG