Accessibility links

Suriya ordusu Şərqi Qutanı təhlükəsiz zona elan edib


Suriya ordusu şənbə günü elan edib ki, rejimin tərədaşı Rusiyanın və ünyançıların razılaşmasından sonra, Şərqi Qutanın müxtəlif ərazilərində davam edən döyüşlərə son qoyulub.

Bəyanatda bildirilir ki, Dəməşq vilayətinin Şərqi Quta ərazilərindəki döyüşlərin dayandırılması şənbü günü saat 12-də, tərəflərin təhlükəsiz zonalarla bağlı razılaşmaya imza atdıqdan sonra qüvvəyə minəcək.

Ordu onu da əlavə ediblər ki, üsyançıların atəşkəs razılaşmasını pozacaqları halda onlara qarşı kəskin şəkildə cavab addımları atılacaq.

Şənbə səhəri Rusiya bildirib ki, onlar Qahirə sülh danışıqları zamanı Suriya üsyançıları ilə təhlükəsiz zonaların çalışmasını qeyd edən sazişə imza atıblar.

Şərqi Quta ərazisi bir neçə ay öncə Rusiya, İran və Türkiyə arasında danışıqlar nəticəsində təklif edilən dörd təhlükəsiz zonadan biridir.

BMT-nin təxminələrinə əsasən, Suriyada vətəndaş müharibəsi nəticəsində 330,000-dən çox insan həlak olub.

XS
SM
MD
LG