Accessibility links

Şərqi Ukraynada atəşkəsin pozulması halları artıb [Video]


Şərqi Ukraynada atəşkəsin pozulması halları artıb
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Şərqi Ukraynada atəşkəsin pozulması halları artıb

Dünyanın müxtəlif yerlərindən olan futbol azarkeşlərinin Rusiyada keçirilən Dünya Kubokunu izlədiyi bir vaxt, atəşkəs monitorinqi qrupu Ukraynanın şərqində son günlərdə zorakılığın artdığını, ağır silahların və yer-hava raketlərinin istifadəsini müşahidə ediblər.

“Son həftə biz 7,400 dəfə atəşkəsin pozulması halını müşahidə etmişik. Daha öncəki həftə ilə müqayisədə bu həftə həmin halların sayı 20 faiz artıb və bura həm də, ağır silahların istifadəsi də daxildir.” – deyə ATƏT-in xüsusi monitorinq missiyasının üzvü Aleksandr Haq Amerikanın Səsinə bildirib.

Bu, yüz minlərlə azarkeşinin həvəslə izlədiyi Dünya Kuboku matçlarının keçirildiyi yerlərə yaxın ərazilərdə baş verir. Məsələn, Rostov-na-Donu şəhəri münaqişə xəttindən cəmi 200 kilometr aralıdadır.

ATƏT-in monitorinq qrupu üzvləri deyirlər ki, hər iki tərəf atəşkəsi pozsa da, daha ciddi pozuntular Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən edilir.

Bunun baş verməsinin bir səbəbi var. Belə ki, bizim texnologiyalara müdaxilə etmək istəyənlər, bizim patrulların ərazidə baş verən faktları görmələrinin qarşısını almaq istəyirlər.

15 iyun tarixində ATƏT-in münaqişə xəttinin monitorinq etməsi üçün istifadə etdiyi dronun üzərinə iki yer-hava raketi atılıb. Həmin ərazilər Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin vurulduğu yerdən uzaq deyil. Raketlər dronu vurmağa müvəffəq olmadığından, dron kamerası insidenti qeydə ala bilib.

“Bunun baş verməsinin bir səbəbi var. Belə ki, bizim texnologiyalara müdaxilə etmək istəyənlər, bizim patrulların ərazidə baş verən faktları görmələrinin qarşısını almaq istəyirlər.” – deyə Haq bildirib.

Minsk razılaşması

2015-ci ildə əldə edilən Minsk razılaşmasının məqsədi münaqişəyə son qoyulması, atəşkəsin təmin edilməsilə, yerli seçkilər üçün şəraitin yaradılması olub. Lakin, razılaşmaya riayət edilmir.

Rusiya prezidenti Vladimir Putin cümə axşamı ukraynalı həmkarı Petro Poroşenko ilə danışıb. Mətbuat hesab edir ki, hər iki tərəf razılığı tam icra etməyə yaxın deyillər.

Rusiya, Ukrayna, Almaniya və Fransanın xarici işlər nazirlərinin keçən həftə keçirdiyi görüşdə BMT-nin sülhməramlı qüvvələrinin ərazidə yerləşdirilməsi ilə bağlı razılıq əldə etmək mümkün olmayıb.

“Bu cür mandatın necə olacağı, necə formalaşacağı, hansı ərazidə hansı səlahiyyətə malik olacağı ilə bağlı fikirlər hələ çox müxtəlifdir.” – deyə Almaniyanın xarici işlər naziri Heiko Mass 12 iyun tarixində keçirilən görüşdən sonra müxbirlərə bildirib.

Yeni xəndəklər

Eyni zamanda, münaqişənin tezliklə bitəcəyi ilə bağlı ümidlər olduqca azdır. Donetskin yaxınlığında, şərqi Ukraynada Rusiyanın dəstəklədiyini üsyançıların de-fakto paytaxtında üsyançı döyüşçülər yeni xəndəklər qazırlar.

“Məşhur sözdə deyildiyi kimi, sülh istəyirsənsə, müharibəyə hazırlaş.” – deyə Andrey adlı tanınmamış Donetsk Xalq Respublikasının döyüşçüsü bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG