Accessibility links

Bakıda “Qadına şiddətə yox!” şüarı ilə aksiya keçirilib


Polis qadınların yürüşünün qarşısını alıb

Martın 8-də qadınlar Bakıda Nizami metro stansiyasının qarşısındakı “Azad qadın” heykəlinin önündə “8 Marş - Zorakılığa Qarşı Get” şüarı altında aksiya keçirib. Qadınlar “ Qadına şiddətə yox?” şüarları səsləndirib. Bu zaman polis yürüşün qarşısını alıb.

Aksiya 8 Mart Beynəlxalq Qadınlar Günündə keçirilib.

Bakıda “Qadına şiddətə yox!” şüarı ilə aksiya keçirilib
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Bir neçə gün öncə sosial şəbəkələrdə “8 Marş - Zoraklığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırışlar yayıb. Təşkilatçılar yürüşün qadın hüquqlarının müdafiəsinə həsr olunduğunu, “Azad qadın” heykəlinin qarşısından başlayaraq Xurşidbanu Natəvanın heykəlinin qarşısında başa çatacağını bildirlib.

Martın 7-də Bakı şəhər Baş Polis İdarəsi paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsinin qarşısının alınacağını bildirib.

“Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaqdır” - deyə, məlumatda qeyd olunub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG