Accessibility links

Adam Şiff: "Gələn həftədən etibarən Trampın impiçmenti ilə bağlı açıq dinləmələrə başlanacaq"


ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff gələn həftədən etibarən prezident Donald Trampın impiçmenti ilə bağlı ictimaiyyətə açıq dinləmələrə başlanacağını bəyan edib.

Onun dediyinə görə, noyabrın 13-də ABŞ-ın Ukraynadakı səfiri və dövlət katibinin yardımçısının müavini Corc Kent, noyabrın 15-də isə ABŞ-ın Ukraynadakı sabiq səfiri Mari Yovanoviç ifadə verəcək.

Şiff yaxın günlərdə dinləmələr haqda əlavə məlumatın ictimaiyyətə açıqlanacağına vəd verib.

Nümayəndələr Palatası oktyabrın 31-də prezident Donald Trampın impiçment prosesinin rəsmiləşdirilməsinə səs verib.

İmpiçment araşdırmasına dair qətnamə 232-196 səslə təsdiq edilib. Səsvermədə respublikaçıların hamısı, demokratlardan isə ikisi qətnamənin əleyhinə səs verib.

Demokratlar isə Trampın xarici ölkədən 2020-ci ildə keçiriləcək seçkiyə müdaxilə etməsini istədiyini sübut edəcək məlumatlar toplamağa çalışır.

Prezident Ukraynadan rəqibi Co Bayden və onun oğlu barədə məlumat toplamasını istəməkdə ittiham olunur. Bu səbəblə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff məhkəmə qərarı ilə bununla bağlı əlavə məlumat tələb edib.

Səsvermədən dərhal sonra ABŞ prezidenti Donald Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında bunu “Amerika tarixində ən böyük ifritə ovu” adlandırıb.

Respublikaçılar impiçment prosedurunu ədalətsiz adlandırıb və prosesin hazırda Nümayəndə Palatasında azlıqda olan partiyadan sualların verilməsi imkanını məhdudlaşdırdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG