Accessibility links

Şimali və Cənubi Koreyalar Qış Olimpiya Oyunlarında bir bayraq altında addımlayacaq


Şimali və Cənubi Koreyalar Qış Olimpiya Oyunlarında qadınlar arasında xokkey üzrə yarışmalarda bir komanda ilə çıxış edəcək və açılış mərasimində bir bayraq altında addımlayacaq.

Yonhap xəbər agentliyinin “görünməmiş bir irəliləyiş” adlandırdığı qərar Cənubi Koreya tərəfindən bir həftə bundan əvvəl birgə komandanın formalaşdırılması haqda təklifinin nəticəsi olaraq verilib. Təklif Şimali Koreyanın Cənubi Koreyada keçiriləcək Olimpiya Oyunlarında ilk dəfə olaraq iştirak etməyə razılıq verməsindən sonra edilib. Şimali Koreya Cənubda 1988-ci ildə keçirilmiş Olimpiya Oyunlarını boykot etmişdi.

Qarşıdan gələn Qış Olimpiya Oyunları fevralın 9-dan 25-ə qədər Cənubi Koreyada Pxençxanqda keçiriləcək.

Şimali Koreya və Cənubi Koreyanın nümayəndə heyətləri danışıqlar zamanı
Şimali Koreya və Cənubi Koreyanın nümayəndə heyətləri danışıqlar zamanı

Rəqib iki ölkə birgə komandalarla bundan əvvəl yalnız iki dəfə çıxış edib. Bu, 1991-ci ildə hər iki ölkənin iştirak etdiyi gənclər arasında futbol və stolüstü tennis üzrə çempionatlar zamanı baş verib. Olimpiya oyunlarına birgə komanda göndərilməsi ilə bağlı keçirilmiş danışıqlar bundan əvvəl nəticə verməyib.

Beynəlxalq Olimpiya komitəsi yanvarın 20-də İsveçrədəki qərargahında keçirəcəyi görüşdə Koreyaların birgə komanda ilə çıxış etməsinin detalları və Şimali Koreyanın oyunlarda iştirakını müzakirə edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG