Accessibility links

Şimali Dakota: Dronların Silikon Vadisi [Video]


Şimali Dakota: Dronların Silikon Vadisi
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Pilotsuz uçuş qurğusunu Şimali Dakotada göyə qaldır, onun sərhədsiz üfüqlərdə hərəkərini izlə və nəyin yanlış olduğunu qeydə al.

Nik Flom: “Bilirsiniz, bizim dörd möhkəm fəslimiz var. Havanın hərarəti yayda 30 dərəcədən çox, qışda isə mənfi 20 dərəcədən sərt ola bilər. Zəif küləkli və sərt çox küləkli günlər... Sınaq keçirmək üçün bura unikal mühitdir.”

Məhz buna görə, Şimali Dakota dron sınaqları biznesinin inkişafı üçün 38 milyondan çox pul sərf edib. Bura dronların yaxşı və ya pis olduğunu yoxlamaq üçün yaradılmış mülki sənaye parkı daxildir.

Tomas Suoyer: “Bura Şimali Dakotanı dəyərli edən bir yerdir. Sınaqlar keçirəndə səni düşündürən suallar olur. Məsələn havada olan təyyarələrin sayı və yaxud qəza olacağı halda dronlar yaşayış ərazilərində kimlərəsə xəsarət yetirəcəkmi? Şimali Dakota bu baxımdan çox uyğun bir yerdir.”

2015-ci ildə əsası qoyulan Grand Sky, ABŞ-ın pilotsuz təyyarələr üçün ilk kommersiya sınaq sahəsidir. Şimali Dakota, ştat büdcəsindən 17 milyon dollar özəl müəssisə olan Grand Sky-a sərmayə edib. 88 hektarlıq bu park, böyük və kiçik kommersiya dron şirlkətlərinın sınaqlar və təlimlər keçirdiyi sahədir.

Kris Teisen: “Pilotsuz uçuş qurğularının yararlı ola biləcəyi müxtəlif sahələr var. Məsələn Şimali Dakotanın mövqeyindən yanaşanda bu qurğuları kənd təsərrüfatında istifadə etmək olar. Digər tərəfdən enerji sektoru da bu qurğuların istifadə edilə biləcəyi böyük sahələrdən biridir. Enerji xəttlərinin, boruların inspeksiyası, taxılın yetişməsinin monitorinqi və s...”

Nik Flom Northern Plains UAS sınaq sahəsinin rəhbəridir. Bu sahə Federal Aviasiya Administrasiyasının ölkə üzrə altı sahəsindən biridir. O deyir ki, dronlar darıxdırıcı və təhlükəli işləri əvəz edəcək və yeni imkanlar yaradacaq. Ştat rəsmiləri ümid edirlər ki, dron sənayesi yüksək maaşlı iş yerləri yaradacaq.

Nik Flom: “Bu uçuş qurğularının adı pilotsuz ola bilər, amma onun idarə olunmasında insanın iştirakı lazımdır. Onu idarə edən pilot olur və bununla bərabər əlavə dəstəyə ehtiyac duyulur.”

Lakin burada müəyyən çətinliklər var. Federal qaydalara əsasən dronlar gözlə görünən məsafədən uzağa getməməlidir. Bu isə sənayenin inkişafına maneə yaradır.

Lakin son aylarda prezident bu təşəbbüsü sürətləndirmək üçün qaydalarda dəyişikliklər elan edib. Yeni qaydalar ictimai təhlükəsizlik üçün riski minimalaşdırmaq və yeni texnologiyalardan daha çox fayda əldə etmək arasında balansı nəzərdə tutur.

XS
SM
MD
LG