Accessibility links

Şimali Koreya daha bir Amerika vətəndaşını saxlayıb


Şimali Koreya daha bir ABŞ vətəndaşını saxlayaraq, onun "düşmən fəaliyyəti" göstərdiyini bildirib.

Şimali Koreyanın rəsmi KCNA agentliyi Kim Hak Sonqun şənbə günü saxlandığı haqda məlumat verib. Onun Pxenyanın Elm və Texnologiya universitetində işlədiyi bildirilir.

ABŞ hələlik bu məlumatla bağlı şərh verməyib. Bu məlumat təsdiq edilsə, Kim Hak Sonq Şimali Koreyada saxlanılan dördüncü Amerika vətəndaşı olacaq.

Keçən ay rəsmi Pxenyan 50 yaşlarında universitet professoru Kim San-dukun saxlanıldığını bildirmişdi.

Universitetin bildirdiyinə görə, Kim Pxenyanın Elm və Texnologiya universitetində bir aydan artıqdır hesablama fənni üzrə dərs deyirdi.

Şimali Koreya əvvəllər də rəsmi Vaşinqtonla danışıqlarda təzyiq göstərmək məqsədilə ABŞ vətəndaşlarını saxlayıb.

Keçən il Virciniya universitetinin tələbəsi Otto Varmbiyer təbliğat lövhəsini oğurlamağa çalışdığını etiraf etdikdən sonra 15 il müddətinə ağır əmək düşərgəsində işləməyə məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG