Şimali Koreyada həbs olunan amerikalı universitet tələbəsi Pxenyan otelindən siyasi banneri oğurlamağa cəhd etdiyini etiraf edib.
Virciniya Universitetinin 21 yaşlı tələbəsi Otto Uarmbier müxbirlərə bildirib ki, o, elanı oteldə sadəcə işçilərin girişinə icazə verilən yerdən çıxarıb. O, bu elanı kilsəsinin bir üzvünə “mükafat” olaraq vermək istəyib. Uarmbier kilsə üzvünün bunun müqabilində ona 10 min dollar dəyərində maşın təklif etiyini deyib.
Otto Uarmbier Birləşmiş Ştatların yardımı ilə Şimali Koreyaya qarşı düşmən xarakterli əməl törətməkdə ittiham olunur.
Pxenyan Uarmbierin üzləşəcəyi cəza ilə bağlı heç bir məlumat verməyib.
Şimali Koreya tez-tez amerikalılar və digər xarici vətəndaşları qondarma ittihamlarla həbs edir. Həbs olunanlar adətən xarici jurnalistlər önünə çıxardılaraq, diktator rejiminə qarşı cinayət əməlləri etdiklərini etiraf edirlər. Onların bu bəyanatlarının məcburi şəkildə yazdırıldığı güman edilir, çünki azadlığa buraxılandan sonra məhbuslar çox vaxt etiraflarını rədd edir.
Təhlilçilər deyir ki, Pxenyan məhbuslardan Qərblə bazarlıq aləti kimi istifadə edir.