Accessibility links

ABŞ Şimali Koreyada həbs olunan tələbənin əfvinə çağırır


Obama administrasiyası Şimali Koreyada ölkəyə qarşı cinayət törətdiyinə görə15 il ağır islah rejimli həbsə məhkum olunan amerikalı kollec tələbəsinin əfv olunmasına çağırır.

Yanvar ayında turist qrupu ilə Şimali Koreyaya səfər edən Otto Varmbier ölkəni tərk etməyə çalışarkən həbs edilib.

Çərşənbə günü məhkəmə qarşısına çıxarılan 21 yaşlı Varmbier üzərində siyasi şüar yazılan plakatı oğurladığını etiraf edib.

Məhkəmədə mehmanxananın yalnız işçilərin girə bildiyi yerdə hadisəni lentə alan video göstərilib.

Varmbier deyib ki, dostunun anası ona plakat qarşılığında 10 min dollar dəyərində avtomobil təklif edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG