Accessibility links

Şimali Koreya BMT-nin yeni sanksiyalarını qınayıb, ABŞ-a xəbərdarlıq edib


Şimali Koreya BMT-nin Təhlükəsizlik Şurasının ölkəyə qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə qərarını qınayıb. Pxenyan eyni zamanda, ABŞ-a bu səylərdə aparıcı rol oynadığına görə xəbərdarlıq edib.

“Mənim nümayəndə heyətim BMT-nin Təhlükəsizlik Şurasının sonuncu qanunsuz və qanuna zidd qətnaməsini ən qəti şəkildə qınayır”, Şimali Koreyanın səfiri Han Tae Sonq BMT-nin sponsorluğu ilə Cenevrədə keçirilən tərksilah konfransında bildirib.

Səfir Han detallara varmayaraq deyib ki, Şimali Koreya “son vasitələrdən istifadə etməyə” hazırdır. “Şimali Koreya son sanksiyaların tətbiq edilməsindən əvvəl də xəbərdarlıq edib ki, ABŞ daha güclü sanksiyaların tətbiq edilməsi üçün təzyiq göstərsə bunun bədəlini ağır ödəcəyək”, səfir bildirib.

BMT Təhlükəsizlik Şurasında səsvermə
BMT Təhlükəsizlik Şurasında səsvermə

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə müxbirlərə bildirib ki, yeni sanksiyalar “sadəcə kiçik bir addımdır” və Şimali Koreya ilə “nə ola biləcəyi ilə müqayisədə heç nədir”.

Şimali Koreyanı çıxmaqla Asiyada beynəlxalq sanksiyaların növbəti raundu müsbət qarşılanıb, lakin çoxları bunun ciddi təsiri ola biləcəyi ilə bağlı şübhələrini bildirib.

BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı yeni iqtisadi sanksiyaları Pxenyanın sentyabrın 3-də keçirdiyi nüvə sınağına cavab olaraq qəbul edilib.

Tam reallaşdırılsa yeni sanksiyalar Şimali Koreyanın beynəlxalq valyutaya çıxış imkanlarını və ballistik raket və nüvə proqramları üçün lazım olan yanacağı əldə etmək imkanlarını ciddi şəkildə azaldacaq.

XS
SM
MD
LG