Accessibility links

Şimali Koreya 2017-ci ildə qadağan edilmiş ixracla 200 milyon dollar əldə edib


Şimali Koreya 2017-ci ildə BMT-nin sanksiyalarını pozaraq, qadağan edilmiş məhsulların ixracından 200 milyon dollara yaxın pul qazanıb. BMT-nin müstəqil monitorinq qrupunun məxfi hesabatı həm də, Pxenyanı Suriya və Myanmanı silahla təmin etməkdə ittiham edir.

BMT Təhlükəsizliş Şurasının sanksiyalar komitəsinə ünvanlanmış hesabat, cümə günü Reuters tərəfindən əldə edilib. Hesabatda bildirilir ki, Şimali Koreya Rusiya, Çin, Cənubi Koreya, Malayziya və Vyetnamın limanlarına kömür göndərib. Bu, məhsulların Rusiya və Çindən göndərildiyi qeyd edən saxta sənədlər sayəsində mümkün olub.

15 ölkənin üzv olduğu BMT Təhlükəsizlik Şurası, Şimali Koreyanın nüvə və ballistik raket proqramının icrasına lazım olan vəsaitdən məhrum olması üçün 2006-cı ildən bəri sanksiyaları daha da gücləndirib. Həmin sanksiyalara, kömür, dəmir, qurğuşun, tekstil, dəniz məhsullarının ixracı və neftin idxalı qadağası daxildir.

Rusiya və Çin dəfələrlə BMT-nin Şimali Koreyaya qarşı sanskiyalarını icra etdiyini bildirib.

Monitorinq qrupu eyni zamanda Şimali Koreyanın Suriya və Myanma ilə ballistik raket proqramı ilə bağlı əməkdaşlıq etdiyini bildirib. Bura 2012-2017-ci illər arası Suriyanın Elmi Araşdırmalar Mərkəzinə 40-dan çox yük göndərilməsi də daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG