Accessibility links

ABŞ Şimali Koreyanı qlobal kiber hücumda ittiham edir


Bu ilin may ayında yayılan WannaCry adlı virus 150-dən çox ölkədə yüz minlərlə istifadəçinin kompüterlərinə çıxış əldə edib

Tramp administrasiyası rəsmi olaraq Şimali Koreyanı bu ilin ilk yarısında dünya üzrə yüz minlərlə kompüterə çıxış əldə edən kiber hücumun təşkilində ittiham edir.

ABŞ-ın daxili təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Bossert Wall Street Journal qəzetində bazar ertəsi yazdığı məqalədə qeyd edir ki, həmin hücum genişmiqyasılı olmaqla yanaşı, milyardlarla dollar məbləğində ziyan vurub.

Pxenyan müəyyən müddətdir ki, may ayında WannaCry adlı virusu yaymaqda şübhəli bilinir. Həmin virus 150-dən çox ölkədə istifadiçələrin fayllarına və kompüterlərinin əhəmiyyətli funksiyalarına çıxış əldə etməyə nail olub. Daha sonra isə xüsusi proqram virusun yerləşdiyi kompüterlərdə olan faylları açmaq tapşırığı verib.

WannaCry kiber hücumu nəhayət virusu yararsızlaşdıran kodu tapan britaniyalı hakerin vasitəsilə dayandırılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG