Şimali Koreya nüvə sahəsinin sökülməsini 23-25 may tarixlərinə planlaşdırıb. Şənbə günü dövlət mediasının yaydığı məlumata əsasən, bu addım ölkənin nüvə sınaqlarını dayandırmaqla bağlı götürdüyü öhdəliyə müvafiq olaraq atılır.
Ölkənin mərkəzi xəbər agentliyi deyib ki, nüvə sahəsinin sökülməsi tədbirlərinə ərazidə olan tunellərin partladılması, girişin bloklanması və müşahidə obyektlərinin, tədqiqatlar binalarının və təhlükəsizlik postlarının hər birinin aradan qaldırılması daxildir.
Birləşmiş Ştatlar və Cənubi Koreya da daxil olmaqla, digər ölkələrdən olan jurnalistlər nüvə sahəsinin sökülməsini müşahidə etmək üçün dəvət ediləcəklər.