ABŞ prezidenti Donald Tramp CBS kanalının “Xalqla üz-üzə” verilişindəki çıxışı zamanı bildirib ki, Şimali Koreya lideri Kim Yonq Unun 6 nüvə sınağı həyata keçirməsi nə onu, nə də Çin prezidenti Xi Yinpinqi məmnun edir.
“Heç bir şeydən tam əmin olmaq mümkün deyil, elə deyilmi? Lakin mən çox yaxşı münasibətlər yarada bilmişəm. Məncə, Çin də Şimali Koreyadakı sabitliyin pozulmasını istəmir. Təbii ki, onlar da qonşuluğunda nüvə silahının olmasını istəmirlər. Uzun müddətdir ki, bundan narazıdırlar. Ancaq gələcəkdə nə olacağını görəcəyik.”
Şimali Koreya şənbə günü ABŞ-ın sərhədlərindən 9 min uzaqlıqda uzaqmənzilli nüvə raket silahıını sınağını həyata keçirib. Lakin Cənubi Koreya rəsmilərinin bildirdiklərinə görə, digərləri kimi bu sınaq da uğursuz olub.
“Əgər beynəlxalq icmalar, xüsusilə Çin Şimali Koreya üzərindəki təzyiqini artırmasa bu böyük fəlakətlərə gətirib çıxara bilər.”
Nüvə sınağı ABŞ dövlət katibi Reks Tillersonun BMT-nin Təhlükəsizlik Şurasına "fəlakətli nəticələrlə" bağlı xəbərdarlığından bir neçə saat sonra baş tutub.
Tramp Şimali Koreya lideri Kim Yonq Unu “ağıllı adam” adlandırıb, lakin ABŞ Şimali Koreyanın nüvə silahı proqramını inkişaf etdirməyinə icazə verə bilməz.
Tramp həmçinin Amerikanın keçmiş prezident administrasiyalarını Pxenyanın hərbi ambisiyalarına qarşı yumşaq rəftar göstərməkdə günahlandırıb.