Accessibility links

Yaponiya, Cənubi Koreya və ABŞ Şimali Koreyanın peyk planlarını təxirə salmasını istəyir


Yaponiya və Cənubi Koreya Birləşmiş Ştatlara qoşularaq, Şimali Koreyanın fəzaya uzunmənzilli raket göndərmək planlarını təxirə salmasını tələb edir.

Şimali Koreya çərşənbə günü BMT-nin agentliklərini fevralın 8-i və 25-i arasında fəzaya “Yer kürəsini müşahidə peyki” göndərəcəyini bildirib.

Pxenyan raketləri sınaqdan keçirərək, kosmik proqram həyata keçirməyə suveren haqqı olduğunu iddia edir. Lakin Yaponiyanın baş naziri Şinzo Abe bu proqramı "bəd niyyətli bəhanə” adlandırıb.

Onun höküməti orduya Şimali Koreyanın Yaponiyaya təhlükə olan hər hansı raketini vurmağı əmr edib.

Cənubi Koreya isə raketi göndərdiyi təqdirdə Şimali Koreyanın ağır nəticələrlə qarşılaşacağı barədə xəbərdarlıq edib.

Çinin xarici işlər nazirliyinin sözçüsü Pekinin Şimali Koreyanın gözlənilən raket proqramı barədə məlumatlardan narahat olduğunu deyib və Pxenyanı təmkinlik nümayiş etdirməyə çağırıb.

Şimali Koreya uzunmənzilli raketi üçüncü nüvə sınağını həyata keçirdikdən bir müddət sonra, 2012-ci ilin dekabr ayında sınaqdan keçirib.

ABŞ və müttəfiqləri Pekini Pxenyanın yanvarın 6-da həyata keçirdiyi nüvə sınağına görə BMT-nin daha sərt sanskiyalarını dəstəkləməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG