Accessibility links

Beynəlxalq ictimaiyyət Şimali Koreyanın raket sınağını hiddətlə qarşılayıb


Şimali Koreya lideri Kim Çen In North Korean leader Kim uzun mənzilli raket sınağını izləyir
Şimali Koreya lideri Kim Çen In North Korean leader Kim uzun mənzilli raket sınağını izləyir

Şimali Koreyanın uzun mənzilli raketi sınağı keçirməsini elan etməsinə tez qlobalreaksiya verilib və beynəlxalq ictimaiyyət bunu hiddətlə qarşılayıb.

ABŞ Dövlət katibi Con Kerri verdiyi bəyanatda Pxenyanı BMT Təhlükəsizlik Şurasının ballistik texnologiyalarla əlaqədar qətnamələtini pozduğuna görə qınayıb.

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzr müşaviri Süzan Rays Şimali Koreyanın ballistik raket texnologiyalarından istifadə edərək raket sınağı keçirməsini qeyri-sabitlik yaradan və təhrikçi bi addım kimi qiymətləndirərək, bunun BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsinin pozulması demək olduğunu bildirib.

Süzan Rays deyib ki, Şimali Koreyanın silah proqramı ABŞ-ın və eləcə də onun bəzi yaxın müttəfiqlərinin maraqları üçün təhlükə təşkil edir.
ABŞ konqresmeni, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys bildirib: "Bu yeni aqressiya mənim bu qəddar rejimi hədəf alan sanksiyaların gücləndirilməsinə dair qətnamə layihəsi ilə bağlı fəaliyyət göstərməyin əhəmiyyətini vurğulayır."

Dözülməz provokasiya

Cənubi Koreyanın prezidenti Pak Gin He raket sınağını dözülməz provaksiya adlandırıb.

Yaponiyanın Baş naziri Şinso Abe ölkənin təhlükəsizliyinin müdafiə edilməsi üçün addımlar atmağa söz verib.

Yaponiyanın Baş naziri Şinso Abe
Yaponiyanın Baş naziri Şinso Abe

Avropa İttifaqı Şimali Koreyanın uzun mənzilli raket sınağı keçirməsini ölkənin öhdəliklərini pozduğuna dair daha bir nümunə olduğunu bildirib və Pxenyanı beynəlxalq ictimiayyətlə dialoqa başlamağa çağırıb.

"Bu addımlr beynəlxalq regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə birbaşa hədə təşkil edir və Koreya yarımadasında gərginliyin daha da artmasına gətirib çıxarır"-deyə Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini bəyatında bildirib.

Beynəlxalq öhdəliklərin açıq şəkildə və bilərəkdən pozulması

Britaniyanın Xarici İşlər naziri Filip Hammond raket sınağını BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin "açıq şəkildə və bilərəkdən" pozulması adlandırıb.

Fransa uzun mənzilli raket sınağını "mənasız provokasiya" adlandıraraq, "Təhlükəsizlik Şurasında beynəxalq ictimaiyyətdən tez və ciddi cavab verilməsinə" çağırıb.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağı keçirməsi ilə bağlı ABŞ, Yaponiya və Cənubi Koreyanın müraciəti əsasında bazar günü müzakirələr keçirəcək.

BMT-nin Baş katibi Ban Ki Mun Şimarli Koreyanın addımının dərin təssüf hissi doğurduğunu və bunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması olduğunu bildirib.

Şimali Koreya ilə sərhədə malik və ölkənin az sayda tərəfdarlarından biri olan Rusiya Pxenyanın beynəlxalq qanunun normalarına hörmətsizlik göstərdiyini bildirib.

Rusiyanın Xarici İşlər nazirliyinin bəyanatında Şimali Koreya rəhbərliyinə beynəlxalq ictimaiyyətlə qarşıdurmanın ölkənin maraqlarına nə dərəcədə uyğun olduğunu məsələsi üzərində fikirləşmək tövsiyə olunur.

Pekin bazar günü reaket sınağına reaksiya verərək, Şimali Koreyanın beynəlxalq ictimaiyyətin etirazlarına əhəmiyyət verməməsini təəssüf hissi ilə qarşıladığını bildirib.

Avstraliyanın Xarici İşlər naziri Culiya Bişop deyib ki, Şimali Koreyanı dünyada sülhə təhlükə yaradır və Şimali Koreyanın təhrikedici, təhlükəli və qeyri-sabitlik yaradan davranışını pisləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG