Accessibility links

Koreya yarımadasında Pxenyanın Birləşmiş Ştatlar və Cənubi Koreyanın birgə təlimlərindən öncə daha bir raket sınağına hazırlaşa bildiyinə dair məlumatlara görə gərginliklər artmaqdadır.

Cənubi Koreya və Yaponiyanın verdiyi məlumata görə, radar və radio siqnallar Pxenyanın daha bir raket sınağına hazırlaşdığına işarə edir.

Cənubi Koreyanın Xarici İşlər nazirliyinin sözşüsü Noh Kyu-duk çərşənbə axşamı brifinq zamanı testin baş tuta biləcəyini təsdiq etməkdən imtina edib, lakin vəziyyətin diqqətlə izlənildiyini deyib.

“Bizim hökumət ABŞ və Yaponiya kimi müttəfiqlərimizlə yaxın əməkdaşlıq şəraitində Şimali Koreyanın yeni provokasiyasının mümkünlüyünə diqqət verir və hazırlıq mövqeyində durur”, o bildirib.

Şimali Koreyanın yeni raket sınağı keçirə biləcəyinin mümkünlüyü ilə bağlı məlumatlar ABŞ və Cənubi Koreyanın beş gün sürəcək birgə təlimlərə hazırlaşdığı ərəfədə verilir. Dekabrın 4-dən 8-nə qədər keçiriləcək təlimlərdə minlərlə hərbi personal və 230-dan çox hərbi təyyarə iştirak edəcək. Birgə təlimlər zamanı ilk dəfə olaraq Cənubi Koreyaya F-22 Raptor tipli altı döyüş təyyarəsi gətiriləcək.

Pxenyan müntəzəm olaraq hərbi təlimləri təhdid dilindən istifadə edərək qınayır.

Bizim hökumət ABŞ və Yaponiya kimi müttəfiqlərimizlə yaxın əməkdaşlıq şəraitində Şimali Koreyanın yeni provokasiyasının mümkünlüyünə diqqət verir və hazırlıq mövqeyində durur
Cənubi Koreyanın Xarici İşlər nazirliyinin sözşüsü Noh Kyu-duk

Rusiyanın Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı gərgiliyin həlli səylərində xüsusi nümayəndəsi ABŞ-Cənubi Koreya birgə təlimlərinin Pxenyanın birbaşa danışıqlara qatılmasının qarşısını aldığını bildirib.

Seulda regional konfransda danışan Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov deyib ki, Şimali Koreyanın sentyabr ayından bəri nüvə və raket testi keçirmək işində “təmkini” artıq dialoqa gətirib çıxara bilər.

ABŞ və Cənubi Koreya isə bildirir ki, Şimali Koreyanın nüvə və raket sınağı kimi təhrikçi hərəkətlərdən çəkindiyi aydın deyil, lakin hər iki ölkə bunun davam edəcəyinə ümid bəsləyir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG