Accessibility links

ABŞ Pxenyana qarşı sanksiyaların sərtləşdirilməsini istəyir


Dünya ölkələrinin Şimali Koreyaya qarşı qınaqlarının artdığı bir zaman ABŞ, Pxenyana qarşı sanksiyaların sərtləşdirilməsini istəyir.

ABŞ dövlət katibinin Asiya və Sakit Okean region üzrə köməkçisi Susan Tornton bildirib ki, prezident Tramp və xarici müttəfiqlərlə çalışan Konqres komitəsi Kim Çen In hökümətinə qarşı yeni təzyiqlərin tətbiqinə çalışır:

“Biz hamımız bunun diplomatik və sülh yolu ilə həll olunmasını istəyirik. Biz düşünürük ki, maksimum təzyiq kampaniyası bu problem sülh yolu ilə həll edilməsi üçün sonuncu imkanımızdır. Bu təbii ki, o anlama gəlir ki, biz əvvəl-axır diplomatiya cəlb etməli və çeviklik nümayiş etdirməli olacayıq.”

Bu ay BMT Təhlükəsizlik Şurası Pxenyanın ehtimal olunan hidrogen bombası sınağından sonra Şimali Koreyaya qarşı yeni iqtisadi sanksiyaları təsdiq eti.

Tam tətbiq ediləcəyi halda, yeni sanksiyalar, Şimali Koreyanın neft idxalı üçdə bir, benzin, dizel, ağır yanacaq idxalı isi iki dəfə azalmış olacaq. Bununla bərabər, yeni sanksiyalar təbii qazın və neft əvəzetmələrinin Şimali Koreyaya ixracını tam qadağa edir.

Şimali Koreya bunu “Şimali Koreya xalqını boğmaq məqsədi güdən tam miqyaslı iqtisadi blokada” adlandıraraq BMT-ın bu addımını qınayıb.

XS
SM
MD
LG