Accessibility links

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın terrorizmin sponsorları siyahısına daxil edilməsini alqışlayır


Cənubi Koreya və Yaponiya, ABŞ-ın Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələrin siyahısına daxil etməsini alqışlayır. Birləşmiş Ştatlar bununla totalitar hökümətə əlavə maliyyə və diplomatik təzyiq göstərmək istəyir.

Cənubi Koreyanın xarici işlər nazirliyi çərşənbə axşamı bildirib ki, onlar bu qərarı Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətinin bir hissəsi kimi qiymətləndirirlər.

ABŞ dövlət katibi Reks Tillerson isə bildirib ki, Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalar öz effektini verir və problemin diplomatik yolla həll olunmasına ümidlər qalmaqdadır.

Dövlət Departamentinin rəsmi elanından sonra Şimali Koreya çərşənbə axşamından etibarən Terrorizmin Dövlət Sponsorları siyahısa yenidən yerləşdirilir.

Hal-hazırda bu siyahıya daxil olan ölkələr İran, Suriya və Sudandır.

XS
SM
MD
LG