Accessibility links

Pxenyan: ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirsə, Şimali Koreya cavab addımları atacaq


Pxenyan şənbə günü bildirib ki, Birləşmiş Ştatlar iki Koreya dövləti arasındakı münasibətlərin yaxşılaşmasına səbəb olan danışıqlara mane olmağa çalışır və ABŞ Cənubi Koreya ilə birgə hərbi məşğələlər keçirəcəyi halda Şimali Koreya cavab addımlar atacaq.

Şimali və Cənubi Koreya arasında mülayimləşən münasibətlər martın sonu və aprelin əvvəli keçiriləcək hərbi məşğələlər zamanı sınaqdan keçəcək. Həmin təlimlər Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlar müddətində təxirə salınmışdı.

Şimali Koreya dəfələrlə hərbi təlimlərin hədə olduğunu bildirib.

“Əgər Amerika Birləşmiş Ştatları Koreya Xalq Demokratik Respublikasına qarşı həyata keçirdiyi sanksiyarla bərabər birgə hərbi əməliyyatlar keçirəcəksə, Koreya Xalq Demokratik Respublikası Birləşmiş Ştatlara qarşı cavab addımı atacaq. Bu halda məsuliyyət Birləşmiş Ştatların üzərinə düşəcək.” – deyə, Şimali Koreya rəsmisi dövlət xəbər agentliyə şərh verib.

Birləşmiş Ştatlar 23 fevral tarixində Şimali Koreyanın uzaq mənzilli raket inkişaf proqramını dayandırması üçün ölkəyə qarşı yeni, daha sərt sanksiyalarını elan edib.

Cənubi Koreya Şimali Koreya lideri Kim Conq Unun dəvəti ilə ölkəyə xüsusi nümayəndəsini göndərməyi planlaşdırır. Bu barədə Cənubi Koreyanın prezidenti Mun Cae-in ABŞ prezidenti Donald Tramp ilə cümə axşamı keçirdiyi telefon danışığı zamanı bildirib.

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Olimpiya Oyunları hər iki Koreya dövlətinə uzun sürən gərginlikdən sonra münasibətlərin mülayimləşdirməsinə imkan yaratdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG