Accessibility links

Cənubi Koreya prezidenti Şimalidan son təxribatlara son qoymasını tələb edib


Cənubi Koreya prezidenti Park Geun-Hyu bu gün ictimai şəkildə Şimali Koreyadan son təxribatlarına son qoymasını tələb edib.

Yarımadada müharibənin qarşısını almaq və diplomatik razılaşma əldə etmək üçün Şimali və Cənubi Koreyalar arasında keçirilən yüksək səviyyəli danışıqlar nəticə verməyib.

Seulda toplantıda çıxış edən Cənubi Koreya prezidenti Park deyib ki, Cənubi Koreya Pxenyandan istədiyi cavabı almadığı təqdirdə, Cənubi Koreya sərhəd boyu Şimali Koreyaya təxribati audio yayımını davam etdirəcək.

Şimalın sərhəd ərazinin Cənubi Koreya tərəfində yerləşdirdiyi bombanın partlaması nəticəsində iki Cənubi Koreya əsgəri yaralandıqdan sonra Seul 10 ildə ilk dəfə olaraq Pxenyan əleyhinə sərhəd boyu audio yayımı bərpa edib.

İki ölkə arasında danışıqlar şənbə günü Pxenyanın Seulun audio yayımını dayandırmasına qoyulan möhlət bitdikdən bir qədər sonra Panmuncom kəndində keçirilir.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin sözçüsü Kim Min-Seok deyib ki, Seul Şimali Koreyanın müharibəyə hazırlaşdığını ehtimal edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG