Accessibility links

Beynəlxalq Atom Enerji Agentliyi Şimali Koreyanın nüvə böhranı ilə bağlı qeyri-nikbindir


Beynəlxalq Atom Enerji Agentliyinin direktoru Şimali Koreyanın nüvə böhranının mümkün həlli ilə bağlı qeyri-nikbin olduğunu bildirib.

Agentliyin direktoru Yukiya Amano nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün beynəlxalq əməkdaşlıq mövzusunda Romada keçirilən 20-ci Edoardo Amaldi Konfransında açılış çıxışı edib.

Yukiya Amano deyib ki, onun təşkilatı Şimali Koreyanın nüvə proqramına dair məlumat toplayıb, vəziyyəti qiymətləndirmək üzərində işləyir.

“Mən Şİmali Koreyanın nüvə proqramına dair ciddi narahatlıq keçirirəm. Şimali Koreya beynəlxalq ictimaiyyətin davamlı tələblərinə tamamilə əhəmiyyət verməyərək, nüvə və raket sınaqları həyata keçirməkdə və digər ölkələri təhdid etməkdə davam edir. Məsələ ondadır ki, Şimali Koreya kütləvi sayda nüvə və uzaqmənzilli raket sistemlərini sınaqdan keçirir. Bu isə artıq təkcə regional təhlükə deyil. Bu qlobal səviyyədə sülhə və təhlükəsizliyə hədədir” deyə Yukiya Amano bildirib.

Avropa İttifaqının Xarici Məsələlər üzrə nümayəndəsi Federika Moqerini görüşdə iştirak edə bilməsə də, görüşə video mesaj göndərib. Mesajda Moqerini bildirib ki, Avropa İttifaqı Şimali Koreyaya maksimal dərəcədə təsir göstərir.

O, həm də İranın nüvə razılığını misal gətirərək, beynəlxalq əməkdaşlıq, diplomatiya və dialoqun hər iki tərəf üçün qənaətbəxş ola biləcək razılığın əldə edilməsinə yol açacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG