Accessibility links

Şimali Koreya danışıqlar təklif edir, ABŞ rəsmiləri isə ehtiyatlıdır [Video]


Şimali Koreya danışıqlar təklif edir, ABŞ rəsmiləri isə ehtiyatlıdır
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Kim Conq Unun Cənubi Koreya rəsmiləri ilə ilk görüşünün ciddi diplomatik irəliyişlə nəticələdiyi görünür.

Çunq Eui-Yonq, Cənubi Koreya milli təhlükəsizlik direktoru: “Şimal ABŞ-la nüvəsizləşdirmə məsələsini və ABŞ-Şimali Koreya münasibətlərinin bərpası ilə bağlı danışıqlara açıq olduğunu ifadə etdi.”

Bildirilən məlumata görə, Şimali Koreya həm də Vaşinqtondan təhlükəsizlik zəmanəti alacağı halda nüvə silahlarından vaz keçməyə hazır olduğunu bildirib.

Lakin Vaşinqtondakı ABŞ rəsmiləri tələsməməyə üstünlük verirlər.

Dan Kots, ABŞ Milli Kəşfiyyat Direktoru: “Ola bilər ki, bu irəliləyişdir. Mən şübhə ilə yanaşsam da, ümid həmişə olur.”

Robert Eşli, ABŞ Müdafiə Kəşfiyyatı İradəsinin rəhbəri: “Əlavə raket buraxılması ehtimalı çoxdur və gələcək nüvə sınaqları da mümkündür.”

İllər ərzində Şimali Koreya dəfələrlə Qərbin yardımı və digər güzəştlər müqabilində nüvə silahlarından imtina edəcəyinə söz verib.

Lakin bu elə söz olaraq qalıb və Şimali Koreya silah proqramını bərpa edib.

Sual odur ki, Şimal son sözlərində səmimidirmi? Yoxsa, bu başqa bir taktikadır?

Abraham Denmark, Asiya Proqramı direktoru, Uilson Mərkəzi: “Biz əslində Şimali Koreyanın tələblərinin nə olacağını bilmirik. Cənubi Koreya tərəfindən Şimali Koreyanın gözləntiləri haqqında verilən bəyanat çox qeyri-müəyyəndir. Amma ən azından danışıqlara davam edərək, Şimali Koreyanın nə demək istədiyini dinlənilməsindən imtinanı təsəvvür etmək çətindir.”

Cümə günü Tramp bu məsələyə ehtiyyatla fikir bildirdi: “Biz Şimali Koreya ilə, ən azından ritorik uzun bir yol keçmişik. Bu dünya üçün, Şimali Koreya üçün, yarımada üçün çox yaxşı olardı. Görək nə baş verir.”

Daha öncə isə Tramp twitter hesabı ilə “ABŞ hər iki istiqamətdə sərt mövqe tutmağa hazırdır” deyə bildirmişdi.

XS
SM
MD
LG