Accessibility links

Şimpanzenin hücumuna məruz qalan qadın ştatdan 150 milyon tələb edir


2009-cu ildə ABŞ-ın Konnektikut ştatında dostunun şimpanzesi tərəfindən hücuma məruz qalan bir qadın aldığı xəsarətə görə 150 milyon dollar tələb etmək məqsədilə ştatı məhkəməyə vermək qərarına gəlib.

Bədəninin müxtəlif nahiyələrində cərrahiyə əməliyyatı aparılan 60 yaşlı Karla Neşə üz transplantasiyası edilib.Əl transplantasiyası iki dəfə uğursuz keçirilən qadın Konnektikut Baş Assambleyasına müraciət edib.

Hadisədən əvvəl Karla Neşin vəkilləri Konnektikut ştatının Enerji və Ətraf Mühit Nazirliyinə müraciət edərək, təqribən 100 kq-a qədər çəkisi və ictimaiyyətə təhlükə olan şimpanzenin evdə saxlanmasının qeyri-qanuni olduğu barədə müraciət edib.

Xanım Neş 2010-cu ildə şimpanzenin vəfat edən sahibi Herald adlı şəxsi məhkəməyə vermişdi. 2012-ci ildə məhkəmənin qərarı ilə Heraldın 4 milyon dollarlıq əmlakı Karla Neşə verilmişdi.

XS
SM
MD
LG