Accessibility links

Yaponiya baş naziri Pearl Harbora görə üzr istəməyəcək


Yaponiya hökumətinin sözçüsü bildirib ki, bu ay ABŞ-ın Havay adasında Pearl Harbor abidəsini ziyarət edəcək baş nazir Şinzo Abe 1941-ci ildə Yaponiyanın törətdiyi hücuma görə üzr istəməyəcək.

Tokioda jurnalistlərə açıqlamasında Kabineti baş katibi Yoşihide Suga səfərin məqsədlərinə aydınlıq gətirib.

Səfərin məqsədi hadisəyə görə üzr istəmək yox, müharibədə həlak olanların xatirəsini anmaqdırş Baş nazirin səfəri onun gələcəyə və dünya müharibəsində yaşanmış belə faciənin bir daha baş verməməsinə yönəlik öhdəliyini göstərəcək. Səfər ABŞ-la Yaponiya arasında barışıq mesajı kimi də qəbul edilə bilər.
Yaponiya Kabinetinin baş katibi

"Səfərin məqsədi hadisəyə görə üzr istəmək yox, müharibədə həlak olanların xatirəsini anmaqdırş Baş nazirin səfəri onun gələcəyə və dünya müharibəsində yaşanmış belə faciənin bir daha baş verməməsinə yönəlik öhdəliyini göstərəcək. Səfər ABŞ-la Yaponiya arasında barışıq mesajı kimi də qəbul edilə bilər" - deyə Yoşihide Suga bildirib.

Bu il II Dünya Müharibəsi zamanı Amerika obyektinin dağıdılması ilə nəticələnən hücumun 75 ili tamam olur. 6 ay əvvəl ABŞ prezidenti Barak Obama Yaponiyanın Hiroşima şəhərində memorialı ziyarət edən ilk ABŞ prezidenti olmuşdu. 1945-ci ildə ABŞ dünyada ilk atom bombasını II Dünya Müharibəsinin sonunda məhz Hiroşimaya atmışdı.

Naqoya Universitetindən Metyu Linlinin sözlərinə görə, Abe və onun Yapniyadakı tərəfdarlarına bu səfər müharibədən sonrakı eranın sonu kimi görünür.

O bildirib ki, Yaponiya hökumətinini ABŞ-ın növbəti prezideni Donald Trampla yaxşı əlaqələr qurması vacibdir. Abe Trampla görüçən ilk xarici lider olmuşdu. Görüş ötən ay baş nazirin Nyu-Yorka səfəri zamanı baş tutmuşdu.

XS
SM
MD
LG