Accessibility links

Yaponiya lideri: "Bütün seçimlər masa üzərindədir"


ABŞ prezidenti ilə çiyin-çiyinə dayanmış Yaponiya baş naziri Prezident Donald Trampın ifadəsindən yararlanaraq Şimali Koreyanın atom bombası inkişafına gəldikdə “bütün seçimlərin masa üzərində olduğunu” təkrarlayıb.

Tokyonun Akasaka Sarayında keçirilən mətbuat konfransında Şinzo Abe deyib ki, Şimali Koreya ilə “dialoq xatirinə dialoq aparmağın mənası yoxdur.” O, Pxenyana maksimum təzyiq qoymağın vaxtı çatdığını aydın edib.

Dialoq xatirinə dialoq aparmağın mənası yoxdur.

Görüşlərinin ikinci günündə Abe və Tramp Şimali Koreyann başlıca müzakirə mövzusu olduğunu təsdiq ediblər.

ABŞ prezidenti Pxenyanın atom başlığını qitələrarası ballistik raketə yerləşdirmək amacını “dünya sivilizasiyasına və beynəlxalq sülhə” təhlükə adlandırıb.

Tramp bəyan edib ki, Pxenyanla davranışda strateji təmkin erası bitib.

ABŞ prezidentinin növbəti dayanacağı Cənubi Koreya olacaq.

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Una nüvə başlıqlı qitələrarası raket inkişaf etdirməyə imkan verməyəcəyini deyib.
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Una nüvə başlıqlı qitələrarası raket inkişaf etdirməyə imkan verməyəcəyini deyib.

Seula çərşənbə axşamı gələcək Donald Trampın burada Şimali Koreya təhlükəsini müzakirə edəcəyi gözlənilir.

Koreya yarımadasında artan gərginliklər fonunda ikigünlük səfər əsnasında Trampın Amerikanın öz müttəfiqini Pxenyandan qaynaqlanan təhlükə qarşısında qoruyacağı sahəsində öz üzərinə götürdüyü öhdəliyi təsdiq edəcəyi gözlənilir.

XS
SM
MD
LG