Accessibility links

Ukrayna Kyiv yaxınlığındakı şəhəri geri alandan sonra üzə çıxan görüntülər insanları dəhşətə gətirib


Ukrayna Kyiv yaxınlığındakı şəhəri geri alandan sonra üzə çıxan görüntülər insanları dəhşətə gətirib
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Rusiyanın Ukrayna paytaxtı Kyiv ətrafındakı şəhərlərdən geri çəkilməsindən sonra sakinlər geridə qalan dağıntılar və ölümlərə görə dəhşətə gəldiklərini deyir. Ukrayna hökuməti deyib ki, dəlillər onu göstərir ki, Rusiya müharibə cinayəti edib.

Ukrayna paytaxtı Kyivdə bu ərazi son döyüşlərdə ölən mülki vətəndaşları və əsgərləri, habelə gələcək müharibə qurbanlarını dəfn etmək üçün ayrılıb.

Həftə sonu Ukrayna paytaxt ətrafındakı şəhərləri geri aldığını elan edəndən sonra orada yüzlərlə mülki vətəndaşın öldürüldüyünə dair dəhşətli xəbərlər yayılmağa başlayıb.

Bazar günü Rusiyanın hava hücumları nəticəsində cənubda yerləşən liman şəhəri Odesa ətrafındakı neft emalı zavodu və yanacaq anbarlarına zərbələrin enməsindən sonra şəhərdə böyük yanğın baş verib.

Kyivdəki bu məzarlığın direktoru deyir ki, indi müharibədə diqqət şərq və cənuba yönələ bilər, amma o düşünür ki, paytaxtdakı nisbi sakitlik müvəqqətidir.

Müharibə fevralın sonunda başlayandan bəri bu məzarlığa 30 raket atılıb.

“Burada özünü təhlükəsiz hiss etmək mümkün deyil. Məsələn, martın 2-də Buçada raketlər qəbirstanlığa, işçilərin 100 metr yaxınlığına dəydi. İşçilər qəbirlərin içərisində gizləndilər, zərbədən sonra isə qazmağa davam etdilər,” Berkovets Qəbirstanlığının direktoru Klımniuk Volodimir deyir.

Yerlilər son qətllər və dağıntılardan şoka düşdüklərini və ürəklərinin ağrıdığını deyirlər. Kyivdə barrikadalar hələ də qalır və bombalanmış binaların qalıqları hələ də töküldükləri yerlərdədir.

Rusiya Kyivdən geri çəkildiyini deyir, ancaq bəziləri onların digər regionlarda hücumları davam etdirəcəklərinə inanır.

“Mən onlara etibar etmirəm. Məncə onlar yenidən qruplaşırlar və Rusiya qoşunlarını şərqə doğru yönəltsə, daha pis ola bilər. Ukraynalı əsgərlərin həmin regionları müdafiə etməsi asan deyil,” Kyiv sakini İrina Şerbaniuk deyir.

Ölkənin qərbində hər gün hava sirenaları eşidilir, baxmayaraq ki, ora hücumlar nadir olur. Oradakı liderlər deyir ki, hökumət mülki vətəndaşları döyüşlərə tab gətirməyə hazırlayır.

“Biz müxtəlif təlimlər keçirik. İlk yardım, kimyəvi hücum təlimləri, hava hücumu təlimatları, müdafiə bacarıqları öyrədirik, o cümlədən indi olduğumuz, şəhər hakiiyyəti binasının müdafiəsi üçün,” Vinnitsia meri Serhii Morhunov deyib.

Vinnitsiada bu məktəbə Ukraynakı milyonlarla məcburi köçkün yerləşdirilir.

Çoxları qəzəbli olduqlarını deyirlər.

“Lazım olsa, biz onlarla yalın əlimizlə vuruşacağıq və uşaqlarımızı öldürdükləri və etdikləri başqa şeylərə görə onları parçalayacağıq,” Didərgin düşən fermer Tatiana deyib.

Ukraynadakı müharibə təxminən 10 milyon insanı evlərindən qaçmağa məcbur edib. Birləşmiş Millətlər Təşkilatı onların yarısının uşaqlar olduğunu deyir. Ukrayna hökuməti bildirir ki, belə görünür, Buça və Kyiv ətrafındakı digər şəhərdəki kütləvi qətllər “müharibə cinayəti”dir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG