Accessibility links

Rəy sorğuları Şotlandiyanın Britaniyada qalmasıına dəstəyin artdığını göstərir


Şotlandiyada müstəqilliyə dair referenduma beş gün qalmış keçirilmiş yeni rəy sorğuları respondentlərin Böyük Britaniya Birləşmiş Krallığında qalmağa daha çox dəstək verdiyini göstərir.

Şənbə günü açıqlanmış nəticələrə əsasən sorğu iştirakçıların 54 faizi Britaniyanın tərkibində qalmağa, 46 faizi isə müstəqilliyə dəstək verib. Şotlandiyanın Britaniyadan müstəqilliyinə dair referendum sentyabrın 18-də keçiriləcək.

Sorğuya əsasən respondentlərin 40 faizi müstəqil Şotlandiyada onların özü və ailələri üçün maliyyə baxımından yaşamağın çətin olduğuna inanır. Sorğu iştirakçılarının 27 isə müstəqil ölkədə həyat səviyyəsinin daha yaxşı olacağını düşünür.

Müstəqillik tərəfdarları liberal Şotlandiyanın Britaniyanın mühafizəkar hökuməti tərəfindən idarə edilməsinə dəstək olmadığını deyir. Opponentlər isə müstəqil Şotlandiyanın iqtisadi baxımdan çətinliklərlə qarşılaşacağını və qüdrətli Böyük Britaniyadan kənarda daha az təhlükəsizliyə malik olacağını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG