Accessibility links

“Əkizlər” filminin yeni hissəsində Eddi Merfi də iştirak edəcək


Arnold Şvarzenegger çoxları tərəfindən səbirsizliklə gözlənilən komediya janrlı “Əkizlər” filminin yeni hissəsində Eddi Merfinin rol alacağını təsdiqlədikdən sonra filmə maraq daha da artıb.

“Terminator” rolunun ifaçısı aktyor Denni Devito ilə birlikdə 1988-ci ildə çəkildikləri “Əkizlər” filminin yeni hissəsində Eddi də onlardan biri olacaq.

Şvarzenegger bu həftə dəyirmi masa söhbətində Merfinin çoxdan gözlənilən “Üçəm” filmində rol alacağını təsdiqləyib.

Arnold əvvəllər də Merfinin bu filmdə çəkilməsi ideyası ətrafında söhbət etmişdi və bu ideya hər kəs tərəfindən müsbət qarşılanmışdı.

XS
SM
MD
LG