Accessibility links

Adel Qremmi mükafatını almaq üçün mərasimə gəlməyib


Qremmi mükafatının qalibi olan Adel mükafatı almaq üçün mərasimə gəlməyib.

Bəli 25 yaşlı müğənni Vizual Media üçün yazılan ən yaxşı mahnı kateqoriyasında “Skyfall” mahnısına görə Qremmi mükafatına nominasiya edilib. Mərasimdə iştirak etməsə də, müğənni Tviter hesabında mükafatı yüksək qiymətləndirdiyini yazıb.

Adel pərəstişkarlarına orada olmasını arzuladığını və Qremmiyə təşəkkürünü bildirib. Bu, onun 10-cu mükafatıdır. Daha sonra o, yorğun olduğundan yataqda olduğunu bildirərək pərəstişkarlarına yaxşı gecə arzulayıb.

Qremminin dəbdəbəli ziyafətlərindənsə, Adel sevgilisi Simon Koneçki və 15 aylıq oğlu Ancelo ilə vaxt keçirməyə üstünlük verir.

Müğənni çoxdandır gözə görünmür.Görəsən Adel heç olmazsa yeni albomu üzərində işləyir? Amma əgər Adel rahatca, yatağından Qremmi mükafatlarının qalibi olmaqda davam edirsə, əziyyət çəkib studioda çalımamağını başa düşmək olar.
XS
SM
MD
LG