Accessibility links

Ancelina Coli bir daha məcburi köçkünlərin müdafiəsinə qalxıb


Oskar qalibi münaqişəli bölgələrdə zorlama hallarına və həssas qadın və uşaqlarla pis rəftara görə cəzasızlığı pisləyib.

O, Keniyada Dünya Qaçqın Gününün qeyd edildiyi mərasimdə çıxışında bunları bildirib və münaqişə mühitində seksual təcavüzün qarşısını almaq məqsədi ilə yaradılmış təlim mərkəzini ziyarət edib, qaçqınlarla görüşüb.

O deyib ki, seksual zorakılıqlar, zorakılıqla mübarizə aparacaqlarına and içmiş hərbi geyimli şəxslər tərəfindən törədildikdə, daha da mürəkkəbləşir.

Ancelina Coli bu insanların zorakılıqlardan yaxa qurtarmaq üçün evlərindən didərgin düşdükləri, təqib edildikləri, hər şeylərini itirdikləri, ailə üzvlərinin ölümünün şahidi olduqları ilə bərabər üstəlik onların təhqirə məruz qaldıqlarını əlavə edib.

Onlar minimum səviyyədə yardımla bacardıqları qədər ləyaqətli həyat yaşamağa çalışır.

Keniya qonşu ölkələrdəki münaqişələr nəticəsində didərgin düşən 490 min qaçqına sığınacaq verib.

Ancelina Coli həmçinin, Burundi, Cənubi Sudan, Somali və Konqodan gələn qaçqınlarla görüşüb.

XS
SM
MD
LG