Conni Depp deyilənə görə maliyyə böhranı yaşayır və ona maliyyə problemini həll etməsi üçün dəyərli mülkünü satması təklif edilib. Amma aktyor şəxsi təyyarəsini satmaqda heç də maraqlı deyil.
54 yaşlı aktyor sabiq biznes meneceri ilə məhkəmə qalmaqalı yaşayır.
Məlumata görə Depp və The Management Group-un rəhbəri 2009-cu ildə biri-birinə yazdıqları email-də Deppin bəzi incəsənət əsərləri, velosipedləri, maşınları, kitabları və rəsmi əsərlərini satmaq istədiyini deyib.
Lakin söhbət onun təyyarəsinə gəldikdə, aktyor imtina edib.
Depp yazıb ki, sərnişin təyyarəsi ilə səyahət etmək, daim təyyarədə paparazzilərlə üzləşmək dəhşətli olar.
Depp 2010-cu ildə çəkildiyi filmlərdən cəmi 75 milyon dollar qazanıb. Amma onun biznes meneceri onun qazandığı pulları xərclənməsinə nəzarət etməyib.
İndi onlar eyni zamanda biri-birini məhkəməyə verib.