Accessibility links

Meraya Kerinin Laynel Riç üçün mesajı var


Meraya Keri Laynel Riçini “American Idol”-da iştirak etməməyə çağırıb..... Bundan sonra Meraya zarafat etdiyini deyib. Amma düzünü desək, o həqiqətən də belə fikirləşir.

Merayanın bu sözləri “Entertainment Tonight” şousunda bir seqment zamanı deyib. Söhbət gəzir ki, Riç “American Idol” şousunda münsiflər heyətinə üzv olmaq üzrədir.

Kery özü bildiyiniz kimi 2013-cü ildə, şounun 12-ci hissəsində münsiflər heyətinin tərkibində olub. Bu işi boynuna götürməsindən nə qədər kədərləndiyini gizlətməyib. O bunu həyatında ən pis təcrübə adlandırıb.

Əlbəttə, o bu işdə görə 18 milyon dollar qazanıb. Amma Meraya üçün bu təcrübə olduqça dözülməz olub.

Laynel Riçin onun məsləhətini dinləyib-dinləməyəcəyi və bu şouda iştirak edib-etməyəcəyi məlum deyil.

Amma Keti Perrinin 25 milyon qarşılığında bu işi üzərinə götürməsi, Laynelin də riskə getməsinə səbəb ola bilər.

Üstəlik, o, münsiflər heyətində iştirak etsə, şou çox maraqlı olar.

XS
SM
MD
LG