Accessibility links

Pauli Malinaci Konor Makqreqorun xoşagəlməz şəxs olduğunu bildirib


Pauli Malinaci Konor Makqreqorun məşq düşərgəsini tərk etdikdən sonra Makqreqor haqda fikrini açıq bildirməkdə problem görmür.

Pauli Malinaci irlandiyalı idmançının alçaq və xoşagəlməz şəxs olduğunu və onun bir sıra yaltaq insanlarla əhatə olunduğunu deyib.

36 yaşlı keçmiş boksçu MMA Hour proqramının ötən buraxılışında Makqreqor barədə şikayətlənib və detallara varıb, döyüş qabağı məşqlərdən danışıb. O, az məşq etməsinə baxmayaraq Konorun formada olduğunu deyib.

Pauli deyib ki, Makqreqor eqoistdir və heç dəyişmək fikrində deyil.

Amma Paulini özündən çıxmasına səbəb onunla Makqreqor arasında döyüş zamanı çəkilən şəkillərin mətbuata çıxması olub.

Pauli bildirib ki, 12 raundluq döyüş zamanı əgər Mayvezer Makqreqorun bədən hissəsinə ardıcıl zərbələr endirsə, Makqreqoru məğlub etməkdə çətinlik çəkməz.

Makqreqorla Mayvezer arasında döyüş Avqustun 26-na nəzərdə tutulub.

XS
SM
MD
LG