Accessibility links

Arnold Şvartzenegger neo-nasist və supremasistlərə ciddi mesajla müraciət edib


Arnold Şvartzenegger əməllərinin ədalətli olduğunu düşünən neo-nasist və ağ supremasistlərə (ağdərili millətçilər) ciddi mesajla müraciət edib.

Arnold video mesajında “Sizin qəhrəmanlarınız mənfur insanlar idi və indi onlar cəhənnəmdə çürüyürlər” deyib.

Kaliforniya ştatının keçmiş qubernatoru və kino ulduz təkcə mövqeyini bildirməyib. O həmin insanlara tarixi dərs verib.

“İnanın mənə, mən əsil nasistləri tanıyırdım. Mən 1947-ci ildə, 2-ci Dünya Müharibəsindən az sonra Avstriyada doğulmuşam. Mən böyüdüyüm dövrdə mən ruhən sınmış insanların əhatəsində idim. Onlar müharibədən evə gələrkən güllə qəlpələri və günahlarla dolu idilər. Onlar səhv idiologiyaya inandırılmışdılar. Və mən sizə deyirəm ki, biləsiniz, sizin pərəstiş etdiyiniz o şəxslər həyatlarının yerdə qalan hissəsini xəcalət içində yaşadı”, deyə Arnold bildirib.

Arnold Şvartzeneggerdən belə açıq həqiqət nasistlərin pərəstişkarlarını fikirlərini dəyişmələrinə inandıra bilər. Arnold onu da deyib ki, bugünkü gündə ağdərili supremasistlərin bəxtləri gətirib ki, belə dəhşətli ifadələr işlədə bilmələrinə azadlıq verən, insanlara söz azadlığı verən bir ölkədə yaşayırlar.

Lakin ulduz bu azadlıqdan müsbət məqsədlər üçün istifadə olunmasına ümid etdiyni əlavə edib.

XS
SM
MD
LG